İranda yol kənarında partlayış: SEPAH hərbçisi həlak olub
2 Oktyabr 17:39
2 Oktyabr 17:39
2 Oktyabr 15:43
2 Oktyabr 14:06
5 Oktyabr 2020 16:02
1 610
Ukraynanın nüfuzlu informasiya agentlikləri, portalları Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətində səsləndirdiyi fikirlərə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın dövlət Ukrinform, UNİAN informasiya agentlikləri, “RBK-Ukrayna”, “Qordon”, “Segodnya.ua” və digər xəbər saytlarında Prezident İlham Əliyevin xalqa müraciətində sərt tənqidi fikirləri dərc edilib. Məqalələrdə dövlətimizin başçısına istinadla qeyd edilib ki, atəşkəsin elan edilməsi bir şərtlə, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan ordusunun çıxarılmasında sonra baş tuta bilər.
Ukrayna mətbuatı Prezident İlham Əliyevin bu fikirlərinə də xüsusi yer ayırıb: “Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Biz mütləq öz tormaqlarımızı işğaldan azad etməliyik və edirik”.
2 Oktyabr 17:27
714
2 Oktyabr 17:19
1 911
2 Oktyabr 16:43
728




