Baş prokuror: Düşmən müharibə qaydalarını kobud şəkildə pozur Siyasət

Baş prokuror: Düşmən müharibə qaydalarını kobud şəkildə pozur

Cəbhə bölgəsində baş verən toqquşmalarda yeni hadisələr cərəyan edir.

Bunu bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrində mülki şəxslərə qarşı törətdiyi hərbi cinayətlərlə bağlı keçirilən mətbuat konfransında Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Ermənistan və Dağlıq Qarabağın kriminal rejimi, Ermənistanın kriminal rəhbərliyi müharibə qaydalarını pozaraq təxribatlara əl atır: "Azərbaycanın ikinci ən böyük şəhəri raket zərbələrinə məruz qalıb. 1 nəfər ölüb, 32 nəfər xəsarət alıb. Bu gün yenə raket atəşinə məruz qalıb. Bundan başqa, onlar Mingəçevir şəhərini atəşə tutub. Ermənilər tərəfindən Mingəçevir Elektrik stansiyası atəşə tutulub. Ordumuz bu təxribatın qarşısını alıb. Abşeron və Xızı rayonları da atəşə tutulub. Raket zərbələri havada dəf edilib. Düşmən müharibə qaydalarını, hərbi əməliyyat qaydalarını kobud şəkildə pozur. Artıq prokurorluq orqanları hadisə yerində istintaq araşdırmaları aparılır. Sübutlar toplanandan sonra hadisəni törədən şəxslər barədə aidiyyəti qurumlara məlumat veriləcək.

Ermənistan Silahlı Qüvvələri bu cür təxribatlara əl atmaqla başqa ölkələri bu münaqişəyə cəlb istəyir. Qarabağda Azərbaycan Ordusu qarşısında aciz qalan Ermənistan silahlı qüvvələri öz uğursuzliəuqlarını ört- basdır etmək istəyir, ona görə də onlar mülki əhalini atəşət tutur".