Nədən? Siyasət

Nədən?

Sentayabrın 27-də Ermənistan silahlı qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən atəşkəsi pozub hərbi əməliyyatlara başlayanda silahlı qüvvələrimiz cavab atəşi ilə erməni silahlı cəlladlarını susdurdu. Və bunun ardınca Azərbaycan nəhayət, Vətən müharibəsinə başladı. Elə həmin gün Milli Məclisin fövqəladə işlası çağrıldı və ölkədə hərbi vəziyyət qərarı verildi, komendant saatı tətbiq edildi. 51 siyasi partiya, qeyri-hökumət təşkilatları, Azərbaycanda fəaliyyət göstərən dini icma qurumları, bir sözlə, kiçiyindən tutmuş böyüyünə kimi hər bir vətəndaşımız Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiklərini bəyan etdilər. Prezidentin qismən səfərbərlik haqqında qərarından sonra Azərbaycan gəncləri, o cümlədən yaşı 45-dən yuxarı olanlar da orduya gedib düşmən tapdağında olan ərazilərimizi azad etmək üçün səfərbərlik məntəqələrində növbəyə düzüldülər. Hər kəs bunu deyir, mən də bir daha təkrar edim-hələ indiki kimi Azərbaycan xalqı birgə olmamışdı, bir amal üçün bu cür birləşməmişdi.
Məkirli düşmən sentaybrın 27-dən bu yana dinc əhalimizi ətəşə tutur, Gəncəni, Bərdəni, Tərtəri, Mingəçeviri, Yevlaxı, hətta Abşeron və Xızını belə raket zərbələrinə məruz qoyurlar.
27 sentyabr tarixindən bugünədək Ermənistanın hərbi təcavüzü nəticəsində 3-ü uşaq, 9-u qadın olmaqla 31 mülki şəxs həlak olub, 151 mülki vətəndaş ağır yaralanıb, ümumilikdə 778 yaşayış evi, 117 mülki obyekt dağıdılıb. Ancaq bütün bunlara baxmayaraq atəş xəttinə yaxın olan bölgələrimizdəki vətəndaşlarımız yurdlarından geri çəkilmir, əksinə əsgərlərimizə dayaq olurlar. Bir nəfər kimi deyirlər:”Evlərimizi erməni cəlladları bu gün dağıda bilərlər. Təki torpaqlarımızı işğaldan azad edək. Bundan da yaxşı evlər tikərik”. Şəhid anaları isə “Vətən sağ olsun”, deyib övladlarını torpağa tapşırırlar.
Hər kəsə, o cümlədən dünya dövlətlərinə və beynəlxalq təşkilatlara da bəllidir ki, Ermənistan silahlı birləşmələrinin mülki əhalini, evləri, mülki obyektləri atəşə tutmaqda bir amalı var-Rusiyanı başlanan bu müharibəyə cəlb etmək. Rusiya Prezidenti Vladimir Putin ermənilərin bu amalını-gözlərində qoyub və deyib:”Azərbaycan Ermənistan ərazisində mühüribə aparmır”.
Azərbaycan haqlı davasına başlayandan bəri bəzi dövlətlər atəşkəs elan olunmasını bildirirlər. Rusiyanın səsi isə oktyabrın 8-də çıxdı. Düzdü Rusiya rəsmi şəxsləri, eyni zamanda, Prezident səviyyəsində müharibənin nəticələrindən narahatlığını bildirsə də, şağırış etməmişdi. Artıq bu çağırış olundu.
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də gecə saatlarında Dağlıq Qarabağla bağlı müraciət edərək, münaqişə tərəflərini humanitar səbəblərdən hərbi əməliyyatları dayandırmağa çağırıb.
Kremlin mətbuat xidməti bildirib ki, Rusiya lideri Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışıqları aparıb.
Putin əsirlər və döyüş meydanında qalmış meyitlərin dəyişdirilməsi üçün bölgədəki qarşıdurmanın dayandırılmasının vacibliyini vurğulayıb.
Kremlin mətbuat xidməti onu da bəyan edib ki, Rusiya Xarici İşlər nazirinin vasitəçiliyi ilə bu mövzuda məsləhətləşmələr aparmaq üçün 9 oktyabrda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Moskvaya dəvət olunub.
Əslində bu çağırış humanitar səbəblərlə izah olunur. Ancaq necə olmasından asılı olmayaraq hərbi əməliyyatların dayandırılması bu gün hərb neydanında uduzan, bütün növ hərbi texnikasını, silah-sursatını qoyub qaçan, əsgəri fərarilik edən, hərbi obyektləri damadağın olan Ermənistana sərfəlidir. Çünki hələlik əllərində saxladıqları Azərbaycan ərazilərində mövkəmlənib, güc toplayıb və Suriyadan, Livandan gətirdikləri terrorçuları səfərbər edə bilsinlər deyə.
Azərbaycan isə, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, atəşkəsi bir şərtlə dayandıra bilər ki, Ermənistan silahlıları torpaqlarımızı tərk etsinlər.
Maraqlıdır, bu gün Azərbaycanı atəşi dayandırmağa çağıranlar-bu şağırış humanitar səbəblərdən olsa belə-nədən Dağlıq Qarabağ ətrafındakı 7 rayonumuzu Ermənistan silahlıları işğal edəndə bu qəsbkar, terrorçu ölkəyə çağırış etmədilər? Nədən dinc əhalinin evlərinin, Azərbaycanın tarixi abidələrinin , qəbirlərinin dağıdılmasına göz yumdular? Nədən 7 rayonun əhalisinin məcburən öz yurdlarından didərgin düşmələrinə kor oldular? Nədən Xocalıda soyqırımı törətdiyi üçün Ermənistanı təcavüzkar adlandırıb, cəzasını vermək üçün beynəlxalq təşkilatlar ayağa qalxmadılar? Nədən özünü müsəlman dünyasının parçası adlandıranlar məscidlərimizi donuz damına çevirən Ermənistanla bütün əlaqələri kəsmədilər? Nədənlər çoxdur. Cavab birdir-Azərbaycan əsgəri düşməni torpaqlarından it kimi qovacaq! 30 il bundan öncə itirdiyi şərəfli adını geri qaytaracaq! Azərbaycan əsgəri bayrağımızı Şuşada, Xankəndidə “Qarabağ Azərbaycandır”, deyib dalğalandıracaq!