Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
12 Oktyabr 2020 18:29
2 149
Oktyabrın 12-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevlə Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov arasında telefon danışığı baş tutub.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tərəflər iki ölkə arasında hüquqi əlaqələrin səviyyəsindən məmnunluq ifadə edərək cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində əməkdaşlığı yüksək qiymətləndiriblər.
Baş prokuror Kamran Əliyev 11 oktyabr tarixində gecə saatlarında erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan, döyüş bölgəsinə aidiyyəti olmayan və xeyli uzaqda yerləşən Gəncəyə və onun dinc sakinlərinə qarşı törədilən terror aktı barədə rusiyalı həmkarını məlumatlandırıb.
İqor Krasnov yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib, münaqişənin qısa zamanda beynəlxalq hüquq normaları çərçivəsində həll olunmasının vacibliyini vurğulayaraq xalqımıza sülh və əmin-amanlıq arzulayıb.
Baş prokurorlar gələcək əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayaraq bu haqda fikir mübadiləsi aparıblar.