Azərbaycanın Ermənistana 8 ayda ixrac etdiyi məhsulların ümumi dəyəri açıqlanıb
Ceyhun Bayramov: Azərbaycan və Türkiyə NATO-da əməkdaşlıq imkanlarını genişləndirir
XİN rəhbəri Rusiya-Ukrayna müharibəsinin bitməsi üçün Türkiyənin səylərinin davam etdiyini açıqlayıb
Mərkəzi Bank iki lombard və bir lizinq şirkətini cərimələyib
5 Noyabr 2020 15:04
1 603
Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik
Bunu Prezident İlham Əliyev noyabrın 4-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində deyib.
Dövlət başçısı bildirib:
"Faktiki olaraq, işğal olunmuş rayonlardan 5-dən 4-ü artıq ya tamamilə, ya da qismən azad edilib. Bu gün biz işğal altında olan digər rayonların işğaldan azad edilməsinin aktiv mərhələsindəyik. Qeyd etdiyim kimi, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra edirik və yeri gəlmişkən, biz artıq əsas prinsiplərin bir hissəsini yerinə yetirmişik. Çünki ATƏT-in Minsk qrupu tərəfindən təklif olunan həll üçün əsas prinsiplər faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasını tələb edirdi. Əfsuslar olsun ki, Ermənistan könüllü şəkildə bunu etmək istəmirdi, ona görə də biz onları bunu etməyə məcbur etməli olduq".