Azərbaycan Prezidentinin EFE agentliyinə verdiyi müsahibə İspaniya mətbuatının diqqət mərkəzindədir Siyasət

Azərbaycan Prezidentinin EFE agentliyinə verdiyi müsahibə İspaniya mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın EFE xəbər agentliyinə Bakıdan videokonfrans formatında verdiyi müsahibə bu ölkənin ən qədim nəşrlərinin, aparıcı xəbər portallarının diqqət mərkəzindədir.

AZƏRTAC xəbər verir ki, İspaniyanın ən qədim qəzetlərindən biri olan “La Vanguardia”, həmçinin “Eldiario” online nəşri, “es.finance.yahoo.com” portalı Azərbaycanın dövlət başçısının müsahibəsini “Azərbaycan Prezidenti: “Ermənistan gedərsə, biz müharibəni dərhal dayandıracağıq”, “Əliyev indi Ermənistan prezidenti ilə danışıqlar masasına əyləşməyin mənasını görmür” sərlövhələri ilə dərc ediblər.

Bildirilib ki, müsahibədə Azərbaycan Prezidenti 2018-ci ildən hakimiyyətdə olan N. Paşinyanla dəfələrlə görüşdüyünü, lakin bütün görüşlərin, demək olar ki, faydasız olduğunu diqqətə çatdırıb.

İspaniya mətbuatı yazır ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün bərpası uğrunda müharibədə Ermənistan üzərində aşkar hərbi üstünlüyə malikdir.