Şuşanın azad edilməsi mifik “Böyük Ermənistan” layihəsinin sonudur Siyasət

Şuşanın azad edilməsi mifik “Böyük Ermənistan” layihəsinin sonudur

2020-ci il noyabrın 8-i Azərbaycan tarixində təkcə Şuşa şəhərinin erməni işğalından azad edildiyi gün kimi deyil, həm də “Böyük Ermənistan” layihəsinin iflası günü kimi qalacaq. Son yüz ildə Azərbaycan-Ermənistan münasibətlərinin bütün tarixi ermənilərin təcavüzü, onların bizim torpaqları işğalı uğrunda mübarizəsi ilə müşayiət olunub. Təcavüzkarın bir məqsədi olub – Azərbaycan torpaqlarında mifik “Böyük Ermənistan”ın yaradılması.

Onlar bu məqsədə mərhələli şəkildə azərbaycanlıların və regionun digər xalqlarının soyqırımı, terror və təkcə Ermənistan ərazisindən deyil, həm də işğal olunmuş Dağlıq Qarabağdan deportasiya yolu ilə çatmağa çalışıb. Biz ermənilərin Azərbaycan xalqına qarşı zalım və qeyri-insani mübarizə üsullarını öz üzərimizdə hiss etmişik. Ermənilərin Qarabağı işğal etdiyi müddətdə törətdiyi cinayətlərin və vandallıq aktlarına baxmayaraq, beynəlxalq arenada Ermənistan bu əməllərinə görə məsuliyyətə cəlb olunmayıb. Bundan əlavə, xaricdən təşviq olunan Ermənistanda Naxçıvanın və Azərbaycanın onlara məxsus olması barədə danışmağa başlayıblar.

“Dənizdən dənizə böyük Ermənistan” haqqında miflərlə zənginləşdirilən iddialar hüdud tanımırdı və iş o yerə gəlib çatmışdı ki, Ermənistan Müdafiə Nazirliyi “yeni ərazilər uğrunda yeni müharibə” doktrinasını hazırlamışdı. Yerevan təbliğatı qonşu xalqlara Azərbaycana qarşı nifrət aşılamağa çalışırdı. Amma Azərbaycan rəhbərliyi və xalqı ərazilərin işğalına daha da səbr etmək istəmədi və Qarabağ xanlığının paytaxtı Şuşanı azad etdilər. Azərbaycan xalqı tərəfindən yaradılmış Şuşanı azad etməklə Azərbaycan öz torpaqlarımızda “Böyük Ermənistan” yaradılması layihəsinə son qoydu.

Elxan Ələsgərov

"Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru

http://bakunetwork.com

Bizə Twitter və Facebook-da qoşulun https://twitter.com/BakuNetwork

https://www.facebook.com/BakuNetwork

Youtube channel:https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtm