Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker Siyasət

Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var - Spiker

Koronavirusla mübarizədə hamımız öz dəstəyimizi göstərməliyik. Bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

S.Qafarova bildirib ki, son dövrlər koronvirusla bağlı vəziyyət gərginləşib.

Sədr koronavirusa yoluxan deputat haqqında da danışıb: “Milli Məclisdə bir sıra həmkarlarımız arasında COVID-19-a yoluxanlar var. Xahiş edirəm ki özünüzü qoruyun. Qarşıda bizi çox əhəmiyyətli günlər gözləyir. Tələb edirəm ki qaydalara riayət edəsiz. Bu mübarizədə də fəal iştirak etməliyik”.