Sabir Rüstəmxanlı: "Pandemiya şəraiti bir çox qurumların əlində bəhanə olub" Siyasət

Sabir Rüstəmxanlı: "Pandemiya şəraiti bir çox qurumların əlində bəhanə olub"

“Şəhid, qazi ailələrinin incildilməsinə dair məlumatlar dolaşır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, buna qətiyyən yol vermək olmaz: “Prezidentin sərəncamının icrası xırda məmurlar tərəfindən pozulur. Pandemiya şəraitidir, başa düşürük. Ancaq bu, bir çox qurumların əlində bəhanə olub. Əhalini qəbul etmirlər, problemləri ilə maraqlanmırlar. Bunun qarşısı alınmalıdır. Buna bir yol tapılmalıdır”.

S. Rüstəmxanlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə irad bildirib: ”Ölkə ərazisində distant təhsilə keçilib. Ancaq kəndlərdə, rayonlarda internet yoxdur. Yüksək texnologiyalar kənd və rayonlara da çatdırılmalıdır”.

Milli Məclisin sədri Sahibə Qafarova isə Sabir Rüstəmxanlıdan şəhid və qazi ailələrini incidənlərlə bağlı məlumatı çatdırmağı istəyib.