Azərbaycan və Ermənistan arasında vizadan azad etmədən danışmaq əsassızdır - Leyla Abdullayeva Siyasət

Azərbaycan və Ermənistan arasında vizadan azad etmədən danışmaq əsassızdır - Leyla Abdullayeva

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-də yer alan Azərbaycan və Ermənistan arasında viza məsələsinə aydınlıq gətirib.

XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib ki, Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında vətəndaşların səfərləri və vizadan azad olunma məsələləri barədə danışmaq üçün ilk növbədə dövlətlər arasında diplomatik münasibətlər qurulması vacibdir. Diplomatik münasibətlərin qurulması üçün isə qarşılıqlı şəkildə suverenlik və ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək lazımdır:

"Qeyd etmək istərdik ki, iki ölkə arasında gediş-gəlişi tənzimləyən hər hansı beynəlxalq müqavilə imzalanmayıb. Odur ki, hazırkı mərhələdə qarşılıqlılıq prinsipi əsasında vizadan azad etmədən danışmaq əsassızdır".