
İran İsrailin hərbi planlarına qarşı xəbərdarlıq edib
15 İyul 17:09
15 İyul 17:09
15 İyul 16:27
15 İyul 15:43
15 İyul 12:33
Əfqanıstan Azərbaycana haqq işində həmişə dəstək verib.
Bunu Əfqanıstanın Azərbaycandakı səfiri Amanullah Ceyhun Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşdə deyib.
Səfir Azərbaycan parlamentində Əfqanıstanda səfirliyinin açılması ilə bağlı qəbul olunmuş qərarı Azərbaycan tərəfinin iki ölkə arasında dostluğa verdiyi yüksək dəyərin nümunəsi kimi qiymətləndirib.
Sonra qonaq Əfqanıstan parlamentinin fəaliyyəti barədə danışaraq, hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini qeyd edib. Diplomat deyib ki, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.
Görüşdə, həmcinin iki ölkənin parlamentlirində təmsil olunan qadın deputatlar arasında mütəmadi görüşlərin təşkili, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.