“Fransa Azərbaycana qarşı qərəzlidir”
5 Oktyabr 20:23
5 Oktyabr 20:23
5 Oktyabr 18:39
Elnur Soltanov: Məqsədimiz Azərbaycanın enerji potensialını Avropa bazarlarına birləşdirməkdir
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
Yol polisi hava ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Mühafizə olunan duracaqlar üçün haqqın müəyyənləşdirilməsi qaydası məlum olub
4 Fevral 2021 09:49
2 877
Türk və azərbaycanlı qadın fəallar İsveçdə birgə humanitar layihələr həyata keçirir.
AZƏRTAC xəbər verir ki, İsveçin paytaxtı Stokholmda türk və azərbaycanlı qadınlar bir araya gələrək birgə həyata keçirdikləri humanitar layihələri müzakirə edib. Türkiyənin İsveçdəki səfirliyinin binasında baş tutan görüşdə səfir Hakkı Emre Yuntun həyat yoldaşı Figen Yunt birgə aparılan layihələrdən ətraflı danışıb.
Figen Yuntun sözlərinə görə, ilkin layihə çərçivəsində pandemiya ilə mübarizə aparan isveçli həkimlərə minnətdarlıq jesti olaraq səhər süfrəsi açılıb. Dünyada böhrana və çoxlu sayda insanın xəstələnib həyatını itirməsinə səbəb olan COVID-19 pandemiyasının digər ölkələrdə olduğu kimi İsveçdə də səhiyyə işçilərini böyük təzyiqdə saxlamasını nəzərə alaraq, türk və azərbaycanlı qadınlar ilkin olaraq səhiyyə işçilərinə mənəvi dəstək layihəsini həyata keçirib.
Gələcək layihələrə də toxunan Figen Yunt Stokholmda küçələrdə yaşayan evsiz insanlara yardım edilməsinin nəzərdə tutulduğunu qeyd edib. “Çöldə hava çox soyuqdur və dizə qədər qar var. Küçədə yaşayan evsiz insanlar üçün bir şey edə bilərikmi? Biz onlara yorğan, isti çay və yemək hazırlayıb verməyi düşündük”, - deyə Figen Yunt bildirib.
“Sosial məsuliyyət” layihələri çərçivəsində çox iş görülməsinin nəzərdə tutulduğunu vurğulayan Figen Yunt, pandemiya səbəbindən bu fəaliyyətin bir az ləngiməsinə baxmayaraq qarşıdakı müddətdə işləri sürətləndirəcəklərini əlavə edib.
Qeyd edək ki, görüşdə humanitar layihələr və cari diaspor fəaliyyəti məsələləri də müzakirə olunub.
5 Oktyabr 22:14
889
5 Oktyabr 21:39
770
5 Oktyabr 20:50
805
