“Hörmüz boğazı qlobal sabitliyin əsas açar nöqtəsidir”
31 Mart 21:32
31 Mart 21:32
31 Mart 21:28
31 Mart 20:39
24 Fevral 2021 17:43
3 178
44 günlük müharibədən sonra Ermənistan cəmiyyətində qatı anti-Rusiya ovqatı formalaşdı.
Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib. C.Əhmədli bildirib ki, müharibə bitdikdən sonra İrəvan küçələrinə toplaşan ermənilər Rusiyanı və onun rəhbərliyini kəskin formada təhqir hədəfinə çevirmişdi:
"Bütün bunlar isə onunla əlaqədar idi ki, Rusiya ənənəvi müttəfiqini müharibədə tək qoydu və ya Ermənistanın rüsvayçı məğlubiyyəti ilə nəticələnən müharibəyə Moskvadan seyirçi mövqedən yanaşıldı. Belə olan təqdirdə, hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrin kütlə mövqeyindən çıxış etməkdən başqa çarələri qalmır. Hətta Rusiyameyilli qüvvələr belə əhalinin dəstəyini qazanmaq üçün öz kurslarında kardinal dəyişiklik etmək məcburiyyətində qaldılar".
Politoloqun fikrincə, məsələnin başqa bir tərəfi də var: "Rusiya dövləti regionda formalaşmaqda olan yeni geosiyasi dinamikanın davam etməsində maraqlıdır. 11 yanvar Moskva görüşünün nəticələri də bunu təsdiq edir. Moskva 10 noyabr bəyanatının maneəsiz şəkildə icra edilməsi üçün Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlməsini istəmir. Belə olan halda, Ermənistan müxalifətinin Rusiyadan gözləntiləri suya düşmüş olur. Ona görə də radikal siyasi qüvvələr artıq Qərbə doğru reveranslar etməyə çalışırlar".
31 Mart 18:44
1 295
31 Mart 16:31
1 393
31 Mart 15:03
1 519