Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
Azərbaycan Prezidenti: Bu il tranzit yüklərin həcmi 16 milyon tona çatacaq
Prezident: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
Dövlət başçısı: Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb
26 Fevral 2021 14:34
2 394
Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın naş naziri Nikol Paşinyanla birbaşa təmasının olub-olmamasına aydınlıq gətirib.
Dövlət başçısı bildirib: "Mənim Paşinyanla təmaslarım o zaman başa çatdı ki, o, təxribatçı bəyanatlar verdi. Bu gün Ermənistanda Paşinyanı "Lift diplomqatiyası" aparmaqda ittiham edirlər. Çox gülünc bir vəziyyətdir. Biz 2019-cu ildə Bişkekdə çox təsadüfən bir dəqiqə ərzində liftdə olduq, bir mərtəbədən digər mərtəbəyə qalxdıq. Yəni liftdə bir dəqiqə ərzində bu adam hansı diplomatiya ilə məşğul ola bilərdi? Düşənbə şəhərində o, mənə təklif etdi və söz verdi ki, atəşkəsə riayət edəcək və münaqişənin həll edilməsi ilə bağlı səylər göstərəcək. Sonra bizim nümayəndələr arasında birbaşa təmaslar yarandı. Məlumat mübadiləsi aparılırdı. Sonra Paşinyan özü qeyd edirdi ki, təmas xəttində bu qədər dinc vəziyyət mövcud olmayıb. Çünki o məndən xahiş etmişdi bunu. Çünki mən hesab edirdim ki, bu, sülhə töhfə verəcək, o, öz sələflərinin səhvlərini təkrar etməyəcək, öz siyasətini dəyişəcək. Ancaq o, mənim jestimi yanlış dəyərləndirdi. O, bunu zəiflik əlaməti kimi gördü. Halbuki, bu, güc və böyüklük əlaməti idi. Sonra onun Şuşada məlum rəqsi və məlum bəyanatları bizim təmaslara son qoydu. Əlbəttə, müharibə zamanı da bizim heç bir təmasımız ola bilməzdi".