Ərdoğan: “Misir xalqı türk millətinin yanında olmalıdır, yunanların yox” Siyasət

Ərdoğan: “Misir xalqı türk millətinin yanında olmalıdır, yunanların yox”

“Misirlə kəşfiyyat, diplomatik və iqtisadi olaraq onsuz da əməkdaşlıq prosesimiz davam edir. Burada hər hansı çətinlik yoxdur”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Təbii ki, bunlar ən üst səviyyədə deyil, üst səviyyədən bir az aşağı olaraq davam edir. Könül istər ki, Misirlə bu prosesi ən güclü şəkildə davam etdirək. Kəşfiyyat və diplomatik əlaqələr nəticə verdikdən sonra biz bunu daha da irəli apara bilərik”, - deyə o vurğulayıb.

Ərdoğan qeyd edib ki, Misir xalqı türk millətinin yanında olmalıdır, yunanların yox.