BAXCP İdarə Heyəti Nəsimi İsayevi təbrik edib Siyasət

BAXCP İdarə Heyəti Nəsimi İsayevi təbrik edib

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin üzvü Nəsimi İsayevin 50 yaşı tamam olur. BAXCP İdarə Heyəti bu münasibətlə Nəsimi İsayevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

“Hörmətli Nəsimi bəy,

Sizi 50 illik yubileyiniz münasibəti ilə təbrik edirik.

Siz BAXCP sıralarında təmsil olunduğunuz müddətdə hər zaman partiyanın ideoloji prinsiplərini təbliğ etmiş, onun yenilikçi ideyalarının yayılmasına çalışmış, milli maraqlarımızla bağlı olan məsələlərdə fəallıq nümayiş etdirmisiniz.

Sizin Azərbaycan Vəkillər Kollegiyasının üzvü kimi fəaliyyətiniz də kifayət qədər uğurludur. Bir vəkil kimi daim qanunların aliliyinin təmin olunması, vətəndaşların hüquqularının müdafiəsi üçün səylərinizi əsirgəməmisiniz.

Hörmətli Nəsimi bəy,
Sizi bir daha təbrik edir, siyasi və vəkillik fəaliyyətinizdə uğurlar diləyirik”.