Müdafiə Nazirliyi deputatın fikirləri ilə bağlı açıqlama yaydı Siyasət
2 Aprel 2021 16:44
2 996

Bu gün Milli Məclisin deputatı Aqil Abbas Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlərə Müdafiə Nazirliyindən münasibət bildiriblər:
“Milli Məclisin üzvü, millət vəkili Aqil Abbasın Silahlı Qüvvələrin Baş Klinik Hospitalının fəaliyyəti barədə səsləndirdiyi subyektiv və əsassız fikirlər təəssüf hissi doğurur. Bu cür fikirlər ictimaiyyətimizdə çaşqınlıq yaratmaqla yanaşı hərbi həkimlərin qəhrəman əməyinə kölgə salır, onların ağır işini şübhə altına alır.
Bildiririk ki, yaralıların müalicəsi və tibbi təminatı müharibənin ilk günlərindən başlayaraq Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsən nəzarəti altındadır.
Qeyd edək ki, millət vəkili dəfələrlə hərbi hissələrimizə, o cümlədən hərbi tibb müəssisələrimizə baş çəkib, orada yaradılan şəraitlə tanış olduqdan sonra görülmüş müsbət işlər barədə ictimaiyyətə öz razılığını ifadə edib.
Deputatın bu cür qeyri-obyektiv fikirlər səsləndirməsi Vətən müharibəsi dövründə birbaşa döyüş meydanında, düşmənin güllə və mərmisi altında minlərlə yaralı hərbi qulluqçularımıza tibbi yardım göstərməklə onları həyata qaytaran hərbi tibbi personala qarşı hörmətsizlikdir.
Aqil müəllimin diqqətinə çatdırırıq ki, Vətən müharibəsində digər hərbi qulluqçularımızla yanaşı, tibb işçiləri də böyük qəhrəmanlıq və şücaət göstəriblər. Müharibə zamanı 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub, 159 hərbi tibb işçisi isə yaralanıb.
Yəqin deputatımız məlumatsızdır ki, Müdafiə Nazirliyinin rəhbərliyi mütəmadi olaraq hərbi tibb müəssisələrinə baş çəkir, oradakı şərait və müalicə alan hərbi qulluqçularımızın səhhəti ilə maraqlanır, tibbi təminatın daha da keyfiyyətli həyata keçirilməsi ilə bağlı göstərişlər verir. Hazırda azad olunmuş ərazilərimizdə dislokasiya olunan hərbi hissələrdə yeni tibb məntəqələri, eləcə də hospitallar fəaliyyətə başlayıb. Hospitallarda yaralılara fasiləsiz və yüksək peşəkarlıqla tibbi xidmət göstərilir.
O ki, qaldı yaralılara əlillik dərəcəsinin verilməsi məsələsinə, Aqil müəllimə xatırladırıq ki, bu, Müdafiə Nazirliyinin səlahiyyətləri çərçivəsində deyil. Çox təəssüf edirik ki, millət vəkili bu məsələdən xəbərsizdir”.
14:05
231
13:25
371
13:11
385
-
Gəncədə 5 şagird zəhərlənib - YENİLƏNİB-1
-
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir - VİDEO
-
Sabah Nizami rayonunun bəzi ərazilərində su kəsiləcək
-
Pakistan Əfqanıstanda 22 terrorçunu məhv etdiyini bildirib
-
İraq qonşu ölkələrə hücum üçün öz ərazisindən istifadəyə icazə verməyəcək
-
SOCAR Serbiyada 500 MVt-lıq stansiyanın tikintisi üzrə saziş imzalayıb
-
Bakıda AQEM Media Forumu keçirilib - FOTO - YENİLƏNİB
-
Bu gündən İraqda yeni dövr başlayır
-
Sabah Bakıya yağış yağacaq
-
Litvada "Leopard 2A8" tank zavodunun tikintisi başlayıb
-
YAP-ın VIII qurultayına 960 nümayəndə seçilib, qurultay oktyabrın 2-də keçiriləcək
-
“ADEX-2026”-da TDT müdafiə sənayesi qurumları rəhbərlərinin iclası keçirilib
-
Bakıda məktəbəhazırlıq qruplarına cəlb olunan uşaqların sayı açıqlanıb
-
Türkiyənin hərbi rəhbərliyi Şuşada təlimdə sursat və texnikalara baxış keçirib - FOTO
-
ABŞ missiya başa çatdıqdan sonra İraqa zərbələr endirilməsini istisna etmir
-
Gürcüstan Azərbaycanla sərhədlərin delimitasiyası prosesini davam etdirməyi planlaşdırır
-
Xəzər rayonunda 36 kq narkotik aşkarlanıb
-
Hindistanda neft emalı zavodunda yanğın baş verib
-
“Bakı sülh prosesinin hüquqi və siyasi əsaslarının beynəlxalq səviyyədə qəbul olunmasını istəyir”
-
Ər-Riyad İsrail təyyarələrinin Tabuk hava limanına enməsinə qadağa qoyub
-
İspaniya kralı miqrasiya böhranından əziyyət çəkən Seutaya səfər edəcək
-
Həmədanda iş qəzaları- 147 nəfər...
-
"AzerGold”un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
-
Baş katib: AQEM-in bu ay Bakıda keçiriləcək Sammitinə çoxsaylı liderlərin qatılacağını gözləyirik
-
“ADEX Azərbaycan müdafiə sənayesi üçün çox önəmli sərgidir”
-
Yığmanın düşərgəsini özbaşına tərk edən Ronaldo cəzalandırıla bilər
-
Tərtərdə avtomobil mikroavtobusla toqquşub, xəsarət alanlar var
-
TDT Baş katibi: Türk dövlətləri müdafiə sənayesi sahəsində birlikdə çalışmalıdır
-
Fərid Şəfiyev: Azərbaycan-Ermənistan sülh prosesi dörd istiqamət üzrə gedir
-
Böyük Britaniyanın müdafiə naziri Vüqar Mustafayevlə görüşüb
-
Prokurorluq Kürdəmirdə 92 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparır
-
Prezident İlham Əliyev Çin liderini təbrik edib
-
KOB, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi fəaliyyətə başlayıb
-
“Belə platformalar hərbi-texniki əməkdaşlığın inkişafına imkan yaradır”
-
Azərbaycan “SpaceXAI” ilə süni intellekt sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb
-
Prezident İlham Əliyev: AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir
-
AQEM-in Baş katibi: Media forumu anlaşmaya aparan körpülərin qurulmasına xidmət edir
-
Prezident: Süni intellektdən sui-istifadə etməklə saxta materialların hazırlanması ictimai etimada birbaşa təsir göstərir
-
"Spotify" və “TikTok" Azərbaycanda vergi uçotuna alınıb
-
Xələf Xələfov: Ermənistanın bu tarixi məsuliyyəti düzgün qiymətləndirməsi çox vacibdir
-
Prezident: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib
-
Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir
-
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
-
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
-
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edilib
-
Mikayıl Cabbarov: Azərbaycan və Mərkəzi Asiya vahid iqtisadi məkan formalaşdırır
-
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq
-
Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
-
Bakıda AQEM Media Forumu keçirilir
-
Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib
-
Ağstafada məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döyüb
-
Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib
-
ABŞ diplomatı: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ən yaxşı imkan yaranıb
-
Azərbaycanın hərbi qulluqçuları Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak edib - FOTO
-
Amy Carlon: ABŞ Transxəzər marşrutunun inkişafına 200 mln. dollardan çox vəsait ayırıb
-
Masallıda qəza olub, iki nəfər ölüb
-
Azərbaycan nefti bahalaşıb
-
Əfqanıstanda Pakistanın zərbələri nəticəsində 9 nəfərin həlak olub
-
İran nümayəndə heyəti Nyu-Yorku qrafikə uyğun olaraq tərk edib
-
İsrail "Flydubai" insidenti ilə bağlı araşdırmada iştirak edə bilər
Xəbər lenti
