“G20”-nin bütün toplantılarına Azərbaycanı dəvət edəcəyik“ Siyasət

“G20”-nin bütün toplantılarına Azərbaycanı dəvət edəcəyik“

Əli Babacan: "Bu, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına kömək edəcək"

"Azərbaycan iqtisadiyyatının vəziyyətini yüksək qiymətləndirirəm". Bu sözləri İstanbulda keçirilən G20 ölkələri maliyyə nazirləri və mərkəzi bank başqanlarının toplantısında APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə baş nazirinin iqtisadiyyata cavabdeh müavini Əli Babacan deyib.
Ə. Babacan bildirib ki, G20 toplantıları çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ilə birgə İstanbulda keçirilən bu toplantıya Azərbaycanın maliyyə naziri də dəvət olub və tədbirdə iştirak edir: "Bundan çox məmnunuq. Azərbaycan bizə ən yaxın dost və qardaş ölkədir. Azərbaycanın iqtisadiyyatını yaxından təqib edir, iqtisadi vəziyyətini yüksək qiymətləndirirəm. 2015-ci ildə "G20"-nin ev sahibi Türkiyədir. Azərbaycanlı qardaşlarımızı bütün toplantılarımıza dəvət edəcəyik. Azərbaycanın toplantılarda iştirakı həm ikitərəfli münasibətlərimizin, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın inkişafına kömək edəcək".