Suriya prezidenti NATO sammiti zamanı Ankaraya səfər edə bilər
Pakistan qırıcıları İran prezidentinin təyyarəsini müşayiət edib
İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
"Dövlətlərin gücü təkcə təbii sərvətlərlə ölçülmür" - Sadiq Qurbanov + FOTO
Türkiyə ilə Ermənistan arasında dəmir və avtomobil yollarının bərpası işləri müzakirə olunub
25 May 2021 15:09
4 326
Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-alinizə və Sizin timsalınızda dost xalqınıza ölkənizin milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Mən bu gözəl fürsətdən istifadə edərək qardaş ölkələrimizi bir-birinə bağlayan dostluq və əməkdaşlıq tellərini yüksək qiymətləndirdiyimi bildirir, qardaş xalqlarımızın qarşılıqlı maraqları naminə bu əlaqələrin bütün səviyyələrdə daha da inkişaf edəcəyinə ümidvar olduğumu vurğulamaq istəyirəm.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, qardaş Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm”.