14:20
630
ABŞ–İran arasında əldə olunan razılaşma Tehranın bölgədəki təcridini yumşaldır. Bu isə İsrailin uzun illərdir əsas təhlükə kimi gördüyü İranın diplomatik mövqeyini gücləndirə bilər.
Bunu xalqcebhesi.az-a politoloq Aydın Tağıyev deyib.
"İsrail üçün ən böyük narahatlıq odur ki, razılaşma İranın nüvə proqramı və regional təsirini məhdudlaşdırmaq əvəzinə, ona yeni manevr imkanları verə bilər. Bu, Tel-Əvivin özünü daha çox təcrid olunmuş hiss etməsinə səbəb ola bilər" - politoloq deyib.
Onun fikrincə, körfəz ölkələri (BƏƏ, Səudiyyə Ərəbistanı) ABŞ–İran razılaşmasını ehtiyatla qarşılayır. Əgər bu ölkələr İranla münasibətlərini yumşaldarsa, İsrailin ərəb dünyası ilə son illərdə qurduğu ittifaqlar zəifləyə bilər:
"Yekunda onu deyə bilərm ki, ABŞ–İran razılaşması İsrail üçün strateji narahatlıq mənbəyidir. Bu, Təl-Əvivin bölgədəki təhlükəsizlik balansını öz ziyanına dəyişdiyini düşünməsinə səbəb olur. ABŞ–İsrail münasibətlərində soyuqluq və etimad böhranı yarana bilər, lakin hərbi-strateji əməkdaşlıq davam edəcək. Əgər İran razılaşmadan istifadə edərək regional təsirini artırarsa, İsrail ABŞ-dan daha sərt mövqe tələb edəcək və bu, iki tərəf arasında diplomatik gərginliyi dərinləşdirə bilər".
Cavid