Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
23 İyun 14:04
4 123
İran ABŞ ilə danışıqları maksimum ehtiyatla davam etdirir, Vaşinqtona güvənmir və hadisələrin hər cür inkişafına hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının BMT-nin Cenevrədəki bölməsindəki daimi nümayəndəsi Əli Bəhreyni bəyan edib.
"Bütün ölkəmiz hadisələrin istənilən inkişaf variantına və ya istənilən ssenariyə hazırdır. Məhz buna görə də biz danışıqlar aparırıq. Onlar nə vaxt hücum etsələr, biz dərhal cavab veririk. Bundan sonra da eynilə bu cür davranacağıq", - deyə o, Cenevrədə keçirdiyi brifinqdə bildirib.
"Biz kiminlə danışıqlar apardığımızı bilirik, - deyə daimi nümayəndə izah edib. - Biz danışıqları maksimum ehtiyatla aparırıq, çünki Birləşmiş Ştatlara etibar etmək üçün heç bir əsasımız yoxdur, eyni zamanda etibar etməmək üçün çoxlu səbəblərimiz var".
Məryəm Quliyeva