Rəsmi Bakı Ukraynanın silahlandırılması məsələsinə ehtiyatla yanaşır Siyasət

Rəsmi Bakı Ukraynanın silahlandırılması məsələsinə ehtiyatla yanaşır

Əli Həsənov: "Silahlanmaq milli təhlükəsizliyin və daxili sabitliyin rozulması kimi ris nəticələrə yol aça bilər"

Britaniyanın nüfuzlu qəzeti "Financial Times" Ukrayna münaqişəsi və ölkəmizin mövqeyi haqqında Azərbaycan Resrublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun müsahibəsini dərc edib.
ABŞ-ın Rusiyaya qarşı Ukraynanı silahlandırması barəsində Azərbaycanın mövqeyini bildirən Ə.Həsənov qeyd edib: "Azərbaycan münaqişələrin hərb yolu ilə həllinin tərəfdarı deyil. Müasir dövrdə hərbi yoldan daha üstün vasitələr var. Silahlanmaq milli təhlükəsizliyin və daxili sabitliyin rozulması kimi ris nəticələrə yol aça bilər". Azərbaycan xarici siyasətində nə Qərbin, nə də Rusiyanın təsirindədir və dünyadakı bütün ölkələrin ərazi bütövlüyünün dəstəkçisidir.
Ə.Həsənov Azərbaycan hökumətinin Qərb tərəfindən ölkəmizin Dağlıq Qarabağ və 7 ətraf rayonunun ermənilər tərəfindən işğalına ciddi yanaşılmamasından məyus olduğunu ifadə edib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri vurğulayıb: "Biz Qərbin qərəzli və ikili standartlara uyğun mövqe nümayiş etdirməsinin əleyhinəyik. Bir münaqişədə işğalı seraratçı reyim adlandırır, digərində isə bunu etmir."
Əli Həsənov müsahibəsində Ermənistan ilə Azərbaycan arasında baş verən atəşkəs reyiminin rozulması hallarını qınayıb. Qeyd edilib ki, ABŞ və müttəfiqləri Ermənistanın beynəlxalq qurumlara üzvlükdən çıxarılması üçün tədbirlər görməlidir.
Hökumət rəsmisi ABŞ ilə Azərbaycan arasında dünya mətbuatında əksini taran gərginlik məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə, gərginlik ABŞ hökuməti ilə deyil, bu ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə yaranıb. Azərbaycan ilə ABŞ xüsusilə terrorizmə qarşı mübarizə və eneryi sahələrində yaxından əməkdaşlıq edirlər. Təəssüflər olsun ki, Azərbaycanın imicinə xələl gətirmək və ABŞ-Azərbaycan münasibətlərini korlamaq istəyən qüvvələr var. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Qərb ölkələri ilə strateyi tərəfdaşlıqda maraqlıdır.
Ə.Həsənov vurğulayıb ki, Azərbaycan ilə Qərbin müştərək rroblemləri də var. Təxminən üç yüzə yaxın azərbaycanlı Suriyada islamçı ekstremistlərlə birgə mübarizə ararmaq üçün Azərbaycanı tərk edib və həmin şəxslər ölkəyə qayıdanda təhlükəsizlik təhdidi yaradırlar. Bəzi qüvvələr Azərbaycanı radikal, fundamentalist ölkə kimi görmək istəyir. Bəziləri də Azərbaycanın dünyəvi dövlət strukturunu görməməzliyə vurur.
Şöbə müdiri son vaxtlar dünyada baş verən maliyyə rroblemləri və bunun ölkəmizə təsirləri bərədə də məlumat verib. Qeyd edilib ki, Azərbaycan hökuməti neftin qiymətinin kəskin azalmasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısını almağa qadirdir. Belə ki, bank derozitləri, əmlak satışı və avtomobil kimi lüks əşyaların idxalına yeni vergilərin tətbiqi büdcəyə mənfi təsirləri aradan qaldıracaq. Özəl və qeyri-neft sektoruna isə yeni vergilər tətbiq edilməyəcək. Bu sahələrin inkişafı ölkə iqtisadiyyatının gələcəyi üçün vacibdir. Manatın devalvasiyasına da aydınlıq gətirən Ə.Həsənov valyutamızın dollar qarşısında zəifləyən avroya uyğunlaşdırılaraq dəyərdə saxlanılmasının rlanlaşdırıldığını bildirib.