İranda yol kənarında partlayış: SEPAH hərbçisi həlak olub
2 Oktyabr 17:39
2 Oktyabr 17:39
2 Oktyabr 15:43
2 Oktyabr 14:06
9 İyun 2021 14:13
10 437
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Şuşa şəhərinə gedəcək.
Bu barədə Ərdoğan AKP-nin parlament qrup toplantısında bildirib.
Türkiyə lideri Brüsselə səfərindən sonra Azərbaycana gələcəyini bəyan edib.
Ərdoğan, həmçinin Şuşaya ailəsi ilə birlikdə gedəcəyini vurğulayıb: "Ailəlikcə işğaldan azad edilmiş Şuşaya səfər edəcəyik".
Türkiyə Prezidenti daha sonra deyib: “Dost və qardaş Azərbaycanın işğal altındakı torpaqlarının ölkəmizin də dəstəyi ilə azad edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni bir dönəmin qapılarını açmaq şansı verdi”.
O bildirib ki, gözləntimiz bu fürsətin əldən verilməməsi, bölgədə sülh və sabitliyin yaradılması üçün bunun yaxşı şəkildə dəyərləndirilməsidir.
"Türkiyə olaraq dialoq zəmini yaratmaq istiqamətində səylərimizi önümüzdəki dövrdə artırmaq niyyətindəyik", - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, iyunun 16-da Bakıda türkiyəli hərbçilərlə görüşəcək, daha sonra AVRO-2020 çərçivəsində Uels-Türkiyə yığmalarının oyununu izləyəcək.
2 Oktyabr 17:27
686
2 Oktyabr 17:19
1 687
2 Oktyabr 16:43
693