Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
Prezident İlham Əliyev: Azərbaycan xarici dövlət borcunu bir gün ərzində sıfıra endirə bilər
14 İyun 2021 15:51
4 088
"Azernews" qəzetinin 14 iyun buraxılışında işıq üzü görmüş məqalə Bakı ilə İrəvan arasında imzalanmış 12 iyun sazişinə beynəlxalq ictimaiyyətin pozitiv münasibətini əks etdirir.
Məqalədə qeyd olunur ki, qlobal səviyyədə alqışlanan razılaşma 15 erməni məhbusunun müqabilində Ağdam rayonunnun mina xəritələrinin təqdimatını özündə ehtiva edir. Beynəlxalq ictimaiyyət tərəfindən böyük məmnuniyyətlə qarşılanan addım, tərəflər arasında gələcək əməkdaşlığın yolunu açacaq mühüm bir humanitar və etimad yaratma jesti kimi qiymətləndirilir.
Bİr çox ekspertər bunu Azərbaycan Prezidenti İlham Əliyevin böyük diplomatik, siyasi və beynəlxalq uğuru kimi qiymətləndirir, çünki Prezident mümkün olması təsəvvürə gəlməz bir şeyi mümkün etdi.
Məqalədə həmçinin əldə olunmuş razılaşmadan qısa müddət əvvəl Prezident Əliyevin Ermənistanın basdırdığı bütün mina xəritələrini Azərbaycana təqdim etməli olması barədə fikirləri qeyd olunub. O bildirinb ki, Ermənistan sülh istəyirsə Azərbaycanla sərhədlərin delimitasiyasına dair danışıqlara başlamalıdır.