“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
16 İyun 2021 14:50
2 331
“NATO-Azəbaycan münasibətləri baxımından bu konfrans vacib tədbirdir”.
APA-nın məlumatına görə, bunu bu gün Latviyanın Azərbaycandakı səfirliyinin 2021-2022-ci illər üçün NATO-nun Azərbaycandakı əlaqələndirici kimi ADA Universiteti ilə birgə təşkil etdiyi “Azərbaycanın Avro-Atlantik məkanın sülh və təhlükəsizliyinə töhfəsi” adlı beynəlxalq konfransa videoformatda qatılan Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
H. Hacıyev deyib ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında NATO-nun aktiv mövqeyini alqışlanır, öz növbəsində, Azərbaycan da sülh naminə əməkdaşlığı dəstəkləyir: “NATO ilə siyasi dialoq və əməkdaşlığın daha da genişləndirilməsini istəyirik. NATO ölkələri ilə davamlı dialoqu yüksək qiymətləndiririk. Bu yaxınlarda NATO-nun Baş Qərargahına səfər etdim, maraqlı, vacib müzakirələrimiz oldu, Cənubi Qafqazdakı münaqişədən sonrakı vəziyyətlə bağlı məlumat verdik. NATO ilə siyasi dialoqla yanaşı, praktik əməkdaşlıq sahəsində də uğurlu əməkdaşlığımız var. Buna misal olaraq Azərbaycan Əfqanıstanda sülh və təhlükəsizliyin qorunmasına öz töhfəsini verir. Azərbaycan NATO-ya hava yolu ilə logistika dəstək də göstərir”.
Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” layihəsi regionda əlaqələrin genişlənməsi üçün uğurlu nümunə ola bilər.
2 Noyabr 18:46
1 246
2 Noyabr 11:24
1 414
1 Noyabr 17:13
1 841