Paşinyan Avropa ilə Rusiya arasında seçim etməlidir Siyasət

Paşinyan Avropa ilə Rusiya arasında seçim etməlidir

Avropa İttifaqının Ermənistan üçün Zəngəzura 1.5 milyard yardım ayırması hələ bu köməyin həyata keçməsi anlamına gəlməməlidir. Rusiyanın bir milyardlıq silah yardımından sonra bu aksiya Ermənistana ən böyük dəstək layihəsidir. Bu yardımın bir neçə tərəfi var və əsas tərəfi də Avropanın maraqlarıdır.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Vasif Əfəndi bildirib.

Xatırladaq ki, Avropa İttifaqı Ermənistanın 10 vilayətindən (Şirak, Lori, Kotayk, Tavuş, Ararat, Armavir..) yalnız Zəngəzurun inkişafına 1,5 milyard avro yardım ayırıb.

Politoloq qeyd edib ki, yardımın digər bölgələrə deyil məhz Zəngəzura ayırılmasının nəzrədə tutulması bu maraqların ifadəsidir: “Zəngəzur bölgəsi müharibə bitdidkdən sonra Azərbaycan, Ermənistan və Rusiya arasında razılaşmaya görə danışıqlar predmetinə çevirilib və yaxın aylarda bölgənin gələcəyi ilə bağlı qərarların verilməsi baş verəcək. Ermənistan Zəngəzurun gələcəyi ilə bağlı çox narahatdır və bu səbəbdən Azərbaycanla sərhəddə rus qoşunlarının yerləşdirilməsi üçün çox çalışır. Azərbaycanla strateji müttəfiqlik və çoxsaylı əməkdaşlıq aktları imzalamış dost hesab edilən bir ölkənin ordusunun bizimlə üz-üzə qalması da Rusiya ilə münaisbətlərimizə kölgə sala bilər. Bu səbədən də Rusiya hələ ki, bu istiqamətdə çox da fəallıq etmir”.

V.Əfəndinin fikrincə, müharibə bitdikdən sonra Zəngəzurun yalnız Ermənistana aid olmayacağı və beynəlxlaq əhəmiyyətli dəhlizə çevrilrməsi nəzərədə tutulduğu üçün təbii ki, bu bölgəyə Avropa İttifaqının marağı artmalı idi. Zəngəzur bütün Şərqi Avropaya birləşdirən vacib bölgəyə çevirilə bilər. Aİ-nin bu bölgəyə diqqəti həm də Ermənistanı Ruisyadan daha az asılı etmək məqsədi daşıyır. Hazırda Rusiya iqtisadiyyatının Zəngəzurun infrastukturuna böyük həcmdə maliyyə ayırmaq imkanları yoxdur: “Buna baxmayaraq, Rusiya Zəngəzura tam nəzarət etmək imkanlarını əldən vermək istəmir. Avropa İttifaqının ayırdığı 1.5 milyard dəstək yalnız o zaman həyata keçəcək ki, Paşinyan Avropa ilə Rusiya arasında seçim etmiş olsun. Zəngəzura Rusiyanın tam nəzarəti olarsa Aİ bu yardımdan heç nə qazana bilməyəcək. İndiki dövrdə isə heç bir qurum qara qaşa, qara gözə görə yardım verməz”.

Cavid