"Qələbəmizdən sonra Avropanın Azərbaycana diqqəti daha da artıb" Siyasət

"Qələbəmizdən sonra Avropanın Azərbaycana diqqəti daha da artıb"

Azərbaycan Avropa İttifaqı ilə 1996-cı ildən əməkdaşlıq edir. Bu illər ərzində ölkəmiz Avropa İttifaqının müxtəıif təşkilatlarında yer alır və Şərq tərəfdaşlığı, qonşuluq proqramlarına qoşulub. Bundan əlavə, Azərbaycan İttifaqın enerji diversifikasiyasında mühüm rol oynayır.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib.

Politoloq qeyd edib ki, Avropanın mavi yanacağa olan tələbatını qarşılanmasında TANAP və TAP layihələri Avropa üçün strateji önəm kəsb edir. Həmçinin Azərbaycan Avropa ilə Asiya asrasında lojistika və nəqliyyat hablarının birləşməsində yer alır: "Göründüyü kimi Qarabağ müharibəsində əldə edilən qələbədən sonra Avropanın regiona, xüsusilə Azərbaycana diqqəti daha da artıb. Bu Avropanın enerji, nəqliyyat və strateji maraqlarına cavab verir. Dünya iki ilə yaxındır ki, pandemiyaya qarşı mübarizə aparır. Azərbaycan pandemiyaya qarşı mübarizə aparmaqla yanaşı öz iqtisadiyyatını qoruyaraq mühüm bir irəliləyiş əldə etmiş oldu. Azərbaycan post-pandemiya dövründə sülhə, təhlükəsizliyə mühüm töhfə verdi. Qarabağ müharbəsindən sonra Qarabağın yenidən qurulması istiqamətində mühüm layihələr həyata keçirir. Azərbaycan bu gün Şər, Qərb marşutu üzrə mühüm ölkədir. Həmçinin Xəzər dənizi və Qara dənizi arasında əsas nəqliyyat yollarının qurulmaısnda iştirakçıdır və bu da Avropanın Mərkəzi Asiya, Çinə açılımına əsas istiqamət verir. Bundan əlavə, Bakı-Tiflis-Qars, növbəti Zəngəzur Dəhlizi məhz Avropanın Asiyaya birləşməsində əsas arteriya olacaq. Azərbaycan Avropa İttifaqı ilə sıx tərəfdaş əlaqələrinə malikdir. Növbəti mərhələdə çərçivə sazişinin bağlanması nəzərdə tutulur. Qarabağ müharibəsində Azərbaycanın zəfəri Avropanın siyasi məkanında yeni mərhələyə gətirib çıxarır. Artıq Avropa rəsmiləri də münaqişənin başa çatmasını post münaqişə dövründə siyasi-iqtisadi əməkdaşlığı, yeni layihələri müzakirə edirlər. Bu, onu göstərir ki, Azərbaycan Cənubi Qafqazda yeni bir siyasi –iqtisadi mərhələ başladıb və Avropa İttifaqı da Azərbaycanla əməkdaşlığa üstünlük verəcək".

Cavid