Elmi-Tədqiqat İnstitutunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
“Formula 2”də zəncirvarı qəza olub, sessiya müvəqqəti dayandırılıb
Taleh Ziyadov: Orta Dəhliz regionda əməkdaşlığın əsas dayağıdır
16 Avqust 2021 22:11
4 340
Misirin nüfuzlu “Əl Masr Əl Yom” qəzeti Azərbaycan Prezidenti İlham Əliyevin “CNN türk” televiziya kanalına müsahibəsindən əsas məqamları yayıb.
“Prezident İlham Əliyev: Ermənistan sülh müqaviləsinin imzalanması haqqında təklifimizə cavab vermir” və “Azərbaycan Prezidenti sual verib: Ermənistan yeni müharibə istəyir?” sərlövhəli yazılarda 44 günlük müharibədə şanlı Qələbə qazanan və torpaqlarını işğaldan azad edən Azərbaycanın Ermənistanla sülh müqaviləsi imzalamağı təklif etdiyi bildirilib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanımalı və sərhədlərin delimitasiyası prosesi başlanmalıdır. Ancaq bu günə qədər Azərbaycan Ermənistandan müsbət cavab almayıb.
Yazılarda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti sülhün bərqərar olması üçün Zəngəzur dəhlizinin yaradılmasının, bütün ticarət əlaqələrinin bərpasının vacibliyini vurğulayıb.
Materiallarda, həmçinin dövlətimizin başçısının Rusiyanın Ermənistanı silahlandırması, Rusiya sülhməramlılarının üçtərəfli sazişin prinsiplərinə tam riayət etməməsi, Azərbaycanın müharibə istəmədiyi, lakin zərurət yaranacağı halda yenidən müharibəyə başlaya biləcəyinə dair fikirləri də yer alıb.