Akar: “Əfqanıstandakı Türkiyə hərbçilərinin təhlükəsizliyi üçün hər bir tədbir görülüb” Siyasət

Akar: “Əfqanıstandakı Türkiyə hərbçilərinin təhlükəsizliyi üçün hər bir tədbir görülüb”

“Həmid Kərzai adına Beynəlxalq Hava Limanında hər hansı təhlükə müzakirə mövzusu deyil, hərbçilərimizin təhlükəsizliyi üçün hər bir tədbir görülüb”.

APA-nn yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar İstanbulda keçirilən “İDEF-2021” 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Kabil hava limanının fəaliyyət göstərməsi üçün Türkiyə tərəfindən cəhdlər davam etdirilir.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri tərəfindən son iki gündə 64 uçuş təhlükəsiz şəkildə təmin edilib.

“Biz 2002-ci ildən etibarən əfqan qardaşlarımızın yanındayıq. NATO-da o vaxt da müzakirə aparılırdı, “Nə zaman çıxacaqsınız?” deyirdilər. Biz də hər dəfə dedik ki, əfqan qardaşlarımız istədiyi müddətdə burda qalmağa davam edəcəyik. Hazırkı hadisələri diqqətlə izləyirik”.