"Antiterror əməliyyatı qaçılmazdır" Siyasət

"Antiterror əməliyyatı qaçılmazdır"

Azərbaycanla Ermənistan arasında hər hansı bir sülh müqviləsinin bağlanması istiqamətində heç bir danışıqlar aparılmır. Çünki, hazırda davam edən proseslər bunu qeyd etməyə əsas vetir.

Bunu "Xalq Cəbhəsi"nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun sözlərinə görə, Ermmənistan tərəfi buna hazır deyil. Bunun da əsas səbəbi Rusiyanın Ermənistana təzyiq siyasəti və 10 noyabr razılaşmasının bir neçə bəndinin yerinə yetirilməməsidir.

"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinnin detalları onda müzakirə edilə bilər ki, Türkiyə Ermənistan sərhədləri açılır və Kremlin Yerevana təzyiqləri neytrallaşır. Belə olmadıqda Azərbaycan və Ermənistan arasında arasında hər hansı bir sülh müzakirələrindən danışmaq tezdir".

Politoloq qeyd edib ki, Ermənistan tərəfi status məsələsi deyib durub, həmçinin Azərbaycan ərazisində etnik ermənilərin yaşadığı ərazilərdə Rusiyanın yardımı ilə müəyyən layihələr həyata keçirməyə cəhd edir. Və silahlı erməni birləşmələri Azərbaycan ərazisinin bir hissəsində qalmaqdadır: "Əgər, Ermənistan tərəfi hazrkı siyasətdə dönüş yarada bilmirsə, Rusiyadan çəkinirsə, Azərbaycan özü hərkətə keçə bilər. Məhz Qafan-Gorus yolunun bağlanması buna sübutdur. Əgər, silahlı erməni birləşməşmələri Azərbaycan ərazisini tərk etməsə, anti-terror əməliyyatları qaçılmaz olacaq. Türkiyə Azərbaycan arasında hərbi təlimlər buna əsaslanır. Moskvada Qarabağda baş verənlərin onun mövqelətinə mənfi təsir etdiyinin fərqindədir.

Ermənistan və Azərbaycan arasında elə bir ciddi probelmelər var ki, bu problemi üç ay ərzində sülh danışıqları ilə həll etmək olmayacaq və buna Yerevanda hazır deyil. Ermənistan və Azərbaycan arasında 10 noyabr və 11 yanvar razılaşmaları ilk növbədə reallaşmalıdır ki, sülh müzakirələrdən söhbə gedə bilsin. Hazırkı prosesi yerindən tərpətmək üçün Moskvada N. Paşinyan və prezident İlham Əliyev V.Putinin vasitəçliyi ilə bir araya gələ bilər. Moskvanın da Azərbaycana tələbi budur ki, Ermənistnala sülh lazımsa, Türkiyə ilə məsafə saxla. Amma, Azərbaycan nəinki məsafə, hətta Türkiyə ilə bütün sahələrdə inteqrasiyanı dərinləşdirir".

Cavid