“Xocalı hadisələrinə “qətliam” deyib aradan çıxmayın” Siyasət

“Xocalı hadisələrinə “qətliam” deyib aradan çıxmayın”

Fazil Mustafa: "Birbaşa Parlamentdə Soyqırım kimi tanıyın"

"Avropa Parlamenti qərarını qəbul etdi və dedi ki, "soyqırım" olub. Hər halda gözlənilən idi". Bu açıqlama ilə millət vəkili Fazil Mustafa çıxış edib. O, Avropa Parlamentinin "erməni soyqırımı" barədə qərarı verməklə yeni cəbhə açdığını bildirib: "Ancaq bu qərarı qəbul edən avropalı axmaqlar Rusiya ilə problemlərin çözülmədiyi bir vaxtda yeni cəbhə açmağı özlərinə uyğun gördülərsə, indi Türkiyənin alacağı qərar çox daşları yerinə oturda bilər. Ancaq Türkiyənin də sağlam və rasional qərar alacağını gözləmək bir qədər çətindir. O vəziyyətə gəlib çıxmışıq ki, Türkiyə siyasətinin konturlarını izləmək üçün ilk öncə Etyen Mahçupyanın açıqlamalarına diqqət yetirirəm. Sonra rəsmi şəxslərin, partiya liderlərinin açıqlamalarına baxıram. İndi hansı addımı atacaqlar? Mahçupyan nə fikirləşir? "Erməni Soyqırımı"nın Türkiyə Parlamentində tanınması üçün orada neçə erməni və PKK-kürd vəkili sayı tamamlanmalıdır? Hər dəfə deyirik ki, Azərbaycan bu mövzuda Türkiyəyə dəstək verməlidir, indi rəsmi Türkiyə özü erməni ağlı ilə oturub-durursa, biz hansı fədakarlığı edə bilərik? Türkiyədəki yönətici qardaşlarımıza üz tutub demək istəyirsən ki, bəylər, erməniləri boynunuzda oturtmaq siyasətiniz iflasa uğradı, kənarda hamı öz qərarını verib, populist çıxışlarla bu qərarı dəyişmək olmaz, hətta Roma Papasının pedofil dəstəsi də Türkiyəyə gəlib ermənilərin yağ-bal içərisində yaşadığı vəziyyəti görəndən sonra fikir dəyişməyibsə, izafi izahatlara ehtiyac qalmır. İndi birinci addım kimi, başlayın addım-addım qeyri-qanuni miqrasiya etmiş erməniləri ölkədən çıxartmağa. Xocalı hadisələrinə "qətliam" deyib aradan çıxmayın, birbaşa Parlamentdə Soyqırım kimi tanıyın. Sərhədlərin bundan sonra açılmasının mümkün olmayacağını bəyan edin və sairə və ilaxır. Biz də bu addımları, siyasəti ürəkdən dəstəkləyək".

Əli