4 Oktyabr  2021 10:08
2 471
Gürcüstanın Azətbaycanla Ermənistan arasında sülhyaratma prosesinə cəlb olunması təqdir olunası haldır. Çünki Cənubi Qafqazda sabitliyin bərqərar olunmasına töhfə vermək istəyən Gürcüstanın hər iki qonşu dövlətlə normal münasibətləri mövcuddur. Onu da unutmaq olmaz ki, adıçəkilən dövlət məhz öz ərazisində erməni separatizminin hər zaman təhdidləri ilə üzləşir.
Bunu "Xalq Cəbhəsi"nə ekspert Əkrəm Bəydəmirli bildirib.
O, qeyd edib ki, heç şübhəsiz ki,  Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi  həm  Azərbaycanın Qarabağ, həm də Gürcüstanın  Akhalkalaki bölgəsində erməni separatizminin qarşısını alar.
Digər vasitəçilərdən fərqli olaraq Gürcüstan tərəfi sülhə töhfə vermək işində daha səmimi görünür. Bu ölkənin XİN müavini Laşa Darsaliya jurnalislərlə görüşü zamanı bildirib: “Bizim hədəfimiz regionda sabitliyə, sülhə və Azərbaycanla Ermənistan arasında kommunikasiya xəttlərinin açılışına dəstək olmaqdır. Ona görə, hər iki ölkə ilə danışıqları davam etdiririk”.
 Gürsüstanlı nazir müavinin  bu fikri  Tbilisi platformasının Qarabağda sülhyaratma prosesinə dəstək verəcəyinə inamı daha da artırır. Çünki mövcud vəziyyəti və regionu dərindən bilən Gürcüstan tərəfinin  faşizm ideyalarına xidmət edən, separatizmə meylli olan erməni cəmiyyətini başa salmaq, qandırmaq cəhdləri effekt verə bilər. Bir çox siyasi ekspertlər də təsdiqləyir ki, regionda sülhün yaradılması, kommunikasiya xəttlərinin açılışı Ermənistanın xilası ola bilər. Onu da  unutmaq olmaz ki,  Tbilisi platforması Azərbaycanın strateji maraqlarına cavab verən mühüm vasitədir.
     
Cavid