Türkiyə bəşəriyyət tarixini yenidən yazır - Ərdoğan
9 Dekabr 21:32
9 Dekabr 21:32
9 Dekabr 18:45
9 Dekabr 14:14
Qarabağ münaqişəsinin başa çatması ilə Cənubi Qafqazda iqtisadi inteqrasiya üçün imkanlar yaranıb.
Bunu Trend-ə amerikalı anailitik İrina Tsukerman deyib.
Onun sözlərinə görə, artıq Avropa İttifaqı Azərbaycanın təklif etdiyi yeni texnologiyaların hazırlanmasında, "yaşıl" enerjinin inkişafı üzrə təşəbbüslərdə, "ağıllı" şəhərlər konsepsiyasının reallaşdırılmasında iştirakda marağını ifadə edib:
"İndi Cənubi Qafqazın üç ölkəsi sahibkarlığın inkişafı və investisiyaların cəlb olunması baxımından əməkdaşlıq edə bilər ki, bu da bütün regiona fayda verə və turizm marşrutlarının birgə istifadəsində böyük gəlirlər əldə etməyə imkan verə bilər".
Daha sonra İ.Tsukerman qeyd edib ki, Azərbaycan ordusunun hazırlıq səviyyəsi Yerevan üçün gözlənilməz bir vəziyyət oldu, bu da Azərbaycanın qələbəsində həm taktiki, həm də psixoloji rol oynadı:
"İkinci Qarabağ müharibəsində Azərbaycan ordusu yüksək döyüş hazırlığı, döyüş bölmələri və yeni texnologiya operatorları arasında yüksək səviyyəli koordinasiya nümayiş etdirdi. Yeni nəsil müharibənin gedişində Azərbaycan ordusu əsasən hava zərbələrinə diqqət yönəltdi və nəticədə ənənəvi döyüş hücumlarına arxalanan erməni qoşunları tam məğlubiyyətə uğradı".