 
                
                
                
             
                
                
                
            Paşinyan Azərbaycanla kommunikasiyaların açılması üzrə Komissiyanın yeni tərkibini təsdiqləyib
İstanbul Qəzzada atəşkəslə bağlı danışıqlara ev sahibliyi edəcək
Balakənin sabiq icra başçısı həbs edilib, mənimsəmə və rüşvət almada ittiham olunur
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədov barəsində həbs qərarı çıxarılıb
 26 Oktyabr  2021 15:25
26 Oktyabr  2021 15:25 2 359
2 359
Nəhayət bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Çox strateji hədəflərə istiqamətlənən bu hava limanı yeni bir mərhələnin başlanğıcı olacaq. Postmüharibə dövrünün yaratdığı reallığın nəticəsi olan, nəhəng tranzit layihələrin gerçəkləşməsinə yol açan Füzuli Beynəlxalq Hava Limanı region dövlətlərinin maraq dairəsindədir.
Bunu "Xalq Cəbhəsi"nə ekspert Əkrəm Bəydəmirli deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, iqtisadi inteqrasiyanın dərinləşməsi bölgədə təhlükəsizlik məsələlərinin təminatını, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını hədəfləyir:
" Prezidenti İlham Əliyev və Prezidenti Rəcəb Tayyib Ərdoğanın  iştirakı ilə belə  möhtəşəm məkanın açılışı  regionda marağı olan bir çox qüvvələrə ciddi mesaj oldu. Bu mesaj ondan ibarətdir ki, əgər yenidən sabitliyə, sülhə təhlükə yaradacaq qüvvələr ortalığa çıxarsa, həmin təhlükəni aradan qaldırmağa yetərincə potensial var. Təxribatçı və Ermənistandakı revanşist qüvvələrin heç bir perspektiv şansı olmayacaq". 
Ekspert qeyd edib ki, nəhayət belə bir törənin təşkili region və dünya dövlətlərinə bir iqtisadi əməkdaşlıq çağırışdır. Belə əməkdaşlıq heç bir dövlətə qarşı yönəlməyən, yalnız normal iqtisadi əlaqələrə, sabitliyə xidmət edəcək faktordur. Digər tərəfdən Qarabağda yaşayan, qanlı cinayətlərdə iştirak etməyən Azərbaycanın erməni vətəndaşarına çağrışdır ki, gəlin, qanun çərçivəsində adam kimi yaşayın və resurslardan faydalanın.
Cavid
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    