AMEA-nın 80 illik yubileyi çərçivəsində Mərkəzi Elmi Kitabxanada yeni elektron zalın açılışı olub
İqtisadiyyat naziri gələn ildən gəlir vergisinin tətbiqi ilə bağlı qərarı əsaslandırıb
İqtisadiyyat naziri Vaşinqton razılaşmalarının Azərbaycan iqtisadiyyatına təsirini açıqlayıb
Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyaların azalmasının səbəbi açıqlanıb
21 Yanvar  2022 15:29
4 046
Nəcəf Əhmədov: "20 Yanvar Azərbaycan xalqımın qürur günüdür"
Ukraynanın Dnepr şəhərində 20 Yanvarfaciəsinin 32-ci ildönümü münasibətilə anım tədbiri olub. Xalqcəbhəsi.az xəbər verir ki, tədbir Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Ukrayna-Azərbaycan mədəni-işgüzar mərkəzinin bazasında keçirilib. "Diaspornews.az xəbər verirki, anım mərasimində diaspor üzvləri, Dnepropetrovsk vilayətinin rəsmi qurumlarının nümayəndləri, tələbələr iştirak ediblər.
Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutlaanılıb. Sonra Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresinin sədri Nəcəf Əhmədov 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə sovet rejiminin Azərbaycan xalqına qarşı həyata keçirdiyi kütləvi qırğının mahiyyəti və səbəbi haqqında geniş məlumat verib.
"20 Yanvar xalqımızın qürur günüdür. Həmin gün müstəqillik yolunda ilk şəhidlərimizi verdik. Şəhidləri unutmadıq və unturmayacağıq"-deyə Nəcəf Əhmədov özçıxışında qeyd edib.
Digərləri də çıxış edərək bildiriblər ki, 20 Yanvar Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub.
Daha sonra 20 Yanvarla bağlı film nümayişolunub.
Sonda Nəcəf Əhmədov Dnepropetrovsk vilayəti Azərbaycanlıları Konqresi və Dnepr MilliTexniki Universitetinin birgə keçirdiyi “QaraYanvar: Azərbaycanın müstəqilliyinin dəyəri” mövzusunda esse müsabiqəsinin qaliblərinə diplomlar təqdim edib.
11:44
497
11:42
511
11:04
693
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    
                    




