“27 sentyabr təkcə müqəddəs şəhidlərimizin xatirəsinin anıldığı gün deyil” Layihə

“27 sentyabr təkcə müqəddəs şəhidlərimizin xatirəsinin anıldığı gün deyil”

Musa Qasımlı: “Bu gün gələcəyə baxışımızı özündə ehtiva edən bir sıra dərslər verir və yol göstərir”

Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" sərəncama əsasən sentyabrın 27-si Anım Gnü kimi qeyd olunur. Hər il Sentyabrın 27-də 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılır. Bu şəhidlərimizin ruhuna olan ehtiramla yanaşı Zəfər Tariximizin təbliğatı baxımından da çox önəmlidir.
Millət vəkili Musa Qasımlı “Füzuli rayonuna səfər zamanı cənab Prezident İlham Əliyevin söylədikləri aşağıdakı fikirlər göstərir ki, 27 sentyabr təkcə müqəddəs şəhidlərimizin xatirəsinin anıldığı gün deyil”,- deyə bildirib: “Bu gün mahiyyətinə görə daha geniş olub, bir millət kimi gələcəyə baxışımızı özündə ehtiva edən bir sıra dərslər verir və yol göstərir: “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.
Dövlət başçısınını bu fikirlıri anım günündən gələcəyə baxışımız üçün çox önəmlidir”.
Millət vəkili həmçinin əlavə edib: “27 sentyabr 2020-ci il millətimizin tarixində daim xatırlanacaq və anılacaqdır. Çünki 27 sentyabr:
- yüzilliklər ərzində millətimizə qarşı böyük dövlətlər tərəfindən qurulmuş və həyata keçirilmiş planların darmadağın edilməsinin başlandığı gündür;
-millətimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışına səs verərək bir yumruq kimi birləşib təkcə işğalçı Ermənistan və dünya erməniliyi deyil, onların güclü havadarları üzərində qələbənin təməlinin atıldığı gündür;
-milli qeyrət, cəsarət və qəhrəmanlıq günüdür;
- milli iradənin hər şeydən üstün olduğunu sübut edən gündür;
-təkcə ərazi bütövlüyümüzün bərpasına deyil, tarixi torpaqlarımızın bütövləşməsinə aparan yolun başlanğıcıdır;
-türk dünyasının intibah günüdür;
- dünyada haqsızlığa uğrayan xalqların qurtuluş rəmzidir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.

Millət vəkili Sahib Alıyev diqqətə çatdırıb ki, Anım Günündə Azərbaycan Prezidenti cənab İlham Əlievin Füzulidə dedikləri və ardınca da müstəqillik qazanandan üzü bəri Ermənistana rəhbərlik edənlərin ən ağıllısı Levon Ter-Petrosyanın açıqlaması bir daha göstərdi ki, Paşinyan daha böyük dəstək dalınca ABŞ və Fransa olmur, lap Marsa da getsə, heç nə dəyişməyəcək: “Özəlliklə də Fransa Prezidenti Makronun martın 9-da Paşinyanla görüşü öncəsi və sentyabrın 27-də yenə də həmən Paşinyanla görüşdən sonra cənab İlham Əliyevə zənglərinin pərdəarxasındakılara aydınlıq gətirmyə çalışdım. Maraqlananlar buradan oxuya bilərlər”.
Millət vəkili əlavə edib ki, 27 Sentyabr bizim üçün sadəcə anım günü deyil: “Bu, tarixin Azərbaycanın və azərbaycanlıların əleyhinə yönələn 200 illik gərdişinin lehimizə dəyişməsinin himinin qoyulduğu gündür.
Ədalətsizlik, ancaq bir neçə seçilmiş dövlətin maraqlarının təmini üzərində qurulan beynəlxalq konyuktruranın ən azından Qafqazda stereotiplərinin sındırılmasına da məhz sentyabrın 27-də başlandı.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliev bütün riskləri göz önünə alaraq arxasında ondan geosiyasi alət kimi faydalanan böyük güclərin durduğu işğalçıya qarşı ölüm-dirim savaşı aparmaqla sayın Ərdoğanın təbirincə desək, dünyanın beşdən böyük olduğunu əməldə təsdiqlədi bu gün.
Çağdaş dünya tarixində ilk dəfə idi ki, seçilmiş güclülərdən sayılmayan bir dövlət BMT-nin məhz həmən seçilmişlərin çoxunun geosiyasi marağına cavab verdiyi üçün yerinə yetirilməyən 4 qətnamasini özü təkbaşına reallaşdırmağa atıldı və onu bacardı.
İki il öncə bu gün sıradan döyüşlər getmədi. Bu, 21-ci əsrdə PUA-ların artilleriya ilə əlaqəli, sinxron şəkildə geniş tətbqinin baş verdiyi ilk savaş idi”.
Onun fikrincə, bu savaşda təkcə hayların istehkamları, özləri, orduları və diasporları haqda mif darmadağın edilmədi, həm də onları ən çağdaş izləmə sisetemindən (ABŞ) tutmuş S-300 və “İsgəndər M” zenit-raket kompleksinədək (Rusiya) hər şeylə təmin edən böyük güclərin sözündən çıxmağın, iradələrindən kənar hərəkətin mümkünsülzlüyü haqda daşlaşmış ehkamlar çökdü: “Yeri gəlmişkən, bəzi çevrələrin bizim qələbəni həzm etmək istəməmələrinin arxasında həm də bu durur.
Ona görə də 27 Sentyabr Azərbaycanın cəsarəti, əzmi ilə dünyanı heyrətləndirməyə başladığı gündür. Bu gün göstərdi ki, Qafqazda 7-dən 77-yə hər bir təmsiçisi-körpəsi də, yeniyetməsi də, gənci də, yetkini də, yaşlısı da, qızı da, qadını da özünü əsgər hiss edən, əsgər kimi aparan ləyaqətli bir xalq var.
Bu, artıq xalq da yox, tək sözdə deyil, əməldə də müstəqil bir dövlətin bütün yükünü çiynində daşımağa hazır olan, ona qüdrəti çatan millətdir.
Şəhidlərimizin ruhları qarşısında baş əyir, millətimlə qürur duyuram!”.
Siyasi şərhçi Elxan Şükürlü isə bildirib ki, dünyanın ən yaxşı nitqləri sırasına daxil edilən və 2500 il yaşı olan məşhur bir çıxış var: “Afinalı Periklin öz döyüşçülərinin dəfni zamanı onların məzarları üstə etdiyi çıxış! Məzmun etibariylə çox möhtəşəm və olduqca təsirli bir nitqdir, rəhmətlik Hikmət Hacızadənin tərtib etdiyi “Demokratiya: gediləsi uzun bir yol” kitabında tam mətni yer alıb.
Çıxış bu cümlələrlə bitir: “...Şəhərimizin əzəmətinə görə fərəhlənərkən, unutmayın ki, bu şəhəri şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən və onu vicdanla yerinə yetirən insanlar yaratmışlar... Bu cür insanları indən belə örnək sayın və bilin ki, xoşbəxtliyi azadlıq, azadlığı isə igidlik doğurur və hərbi təhlükələrin gözünə dik baxın!”.
Bu gün – 27 Sentyabr da bizim yenidən doğuluş, yaradılış və həyatımızı büsbütün dəyişən günümüzdür!
Çünki məhz bu tarix uduzmuş, bölünmüş, məyus əhvalda və başıaşağı olan bir milləti yenidən toparlayıb birləşdirdi, dirçəltdi, ayağa qaldırdı, qeyrət və şərəf hissiylə düşmən üzərinə apardı və sonda da böyük bir zəfərə çatdırdı!
İndi və bundan sonra da ölkəmizin uğurlarına, özümüzün və övladlarımızın isti evlərdə rahat, təhlükəsiz həyatına görə sevinib fərəhlənərkən, heç vaxt unutmamalıyıq ki, bu böyük zəfəri bizə yaşadaraq, gözəl gələcəyimizin təməllərini atanlar məhz şərəf hissindən ilham alan, vətəndaşlıq borcunun nə olduğunu bilən, onu vicdanla yerinə yetirən, hərbi təhlükələrin gözünə dik baxaraq düşmən üzərinə cəsarətlə yeriyən igidlərimiz, şəhid övladlarımız olublar!
Adlarını millətimizin şərəf və qürur tarixinə qanlarıyla əbədi olaraq yazmış bu örnək övladlarımızı dərin minnətdarlıq və şükranlıq hissiylə anır, sonsuz ehtiramımızı bildiririk!
Müqəddəs Kitabımız “Qurani-Kərim”də buyurulduğu kimi, “Onlar həmişə diridirlər” və millətimiz var olduqca, onlar da yaşayacaqlar!”.

Əli