Ermənistana sanksiyalar niyə tətbiq edilmir? Layihə

Ermənistana sanksiyalar niyə tətbiq edilmir?

Dünya işğalçı ölkənin siyasətinə göz yumur

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyiş müşahidə olunmur. Ermənistan müxtəlif vasitələrlə vaxt uzadır. Dünya birlikləri, başda Minsk qrupu olmaqla baş verənləri kənardan müçahidə etməklə kifayətlənir. BMT T.hlükəsizlik Şurası, AŞ PA, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının Ermənistanın işqalçılıq siyasətini pisləyən bəyanatlarına baxmayaraq rəsmi İrəvan çirkin siyasətindən əl çəkmir. Hər gün atəşkəs pozulur, bu da Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artımasına, çox sayda insan tələfatına, sərhəddə yaşayan dinc əhalinin ciddi narahatlığına səbəb olub və təhlükəsizliyini şübhə altına alıb. Həmçinin, hər iki tərəf itkilər verib. Bunun günahkarı isə həmişə olduğu kimi bədxah erməni ordusudur. Atəşkəs rejiminə məhəl qoymayan bu fitnəkarlar hər vasitə ilə onu pozur və sülhün davamlılığını təhlükə altına atırlar.
Real həqiqət isə budur ki, Ermənistan silahlı qüvvələri Azərbaycanın 20 faiz ərazisini işğal edib, Ermənistanda və işğal altında olan ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün düşüb.
Bu bədxahların ölkəmizə qarşı etdikləri pislikləri saymaqla bitməz. Ancaq tək ölkəmizə qarşı yox, elə beynəlxalq təşkilatların da bu münaqişə ilə bağlı imzaladıqları qanun və tələbləri də kobudcasına pozurlar.
Bəs nədən dünya birlikləri, özlərini insan haqlarının təminatçısı kimi göstərən super dövlətlər işğalçı Ermənistana heç bir sanksiya tətbiqi barədə fikirləşmirlər. Ermənistan işğalçıdır, Azərbaycan torpaqlarını işğal edib, dinc əhaliyə qarşı soyqırım siyasəti həyata keçirib, minlərlə tarixi abidə dağıdılıb, çəhər və rayonlar yerlə-yeksan edilib, bu azmış kimi nəzarətsiz qalan Dağlıq Qarabağ terror qruplaşmalarının təlim yerinə çevrilir, narkotiklər yetişdirilir və s. Bütün bunlar tək Azərbaycan üçün yox, bütün dünya üçün təhlükə deməkdir. Belə olan halda dünya niyə Ermənistanın bu siyasətinə göz yumur.
Azərbaycan rəsmiləri müxtəllif beynəlxalq tribunalarda bəyan ediblər ki, Ermənistana qarşı siyasi və iqtisadi sanksiyalar tətbq edilməlidir.
Ötən gün prezident İlham Əliyev "Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar" mövzusunda Azərbaycan paytaxtında keçirilən V Qlobal Bakı Forumunda çıxışı zamanı bu məqamlara toxunub. Prezident qeyd edib ki, bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qətnamə və qərarlar qəbul etmişlər ki, orada Ermənistan qoşunlarının işğal edilmiş torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Dünyanın ən ali beynəlxalq qurumu olan BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və burada sitat gətirmək istəyirəm, "dərhal və qeyd-şərtsiz olaraq Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması" tələb olunur.
Dövlət başçısı vurğulayıb ki, bu səbəbdən biz dəfələrlə bu məsələni müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qarşısında qaldırmışıq ki, bu təcavüz, işğal və dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərə görə Ermənistana sanksiyalar tətbiq edilməlidir:"Bax, o zaman bu, ədalət və vahid standartın göstərici olacaqdır. Bəzi hallarda müəyyən ölkələr sanksiyalara məruz qalır, digər hallarda isə bu, baş vermir. Münaqişənin həlli beynəlxalq hüquqa əsaslanmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli və əhalimiz doğma torpaqlarına qayıtmaq hüququna malik olmalıdır".
Politoloq Mirsamir Məmmədov bildirib ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsinə dair BMT Təhlükəsizlik Şurasının 4 ardıcıl qətnaməsi var və 25 il keçməsinə baxmayaraq, bu qətnamələr icra edilməyib və heç kimsə Ermənistana bunu niyə icra etmirsən demir. 1992-ci ildə Azərbaycan BMT-yə daxil olarkən bu torpaqlarla daxil olub və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi Ermənistanın işğal etdiyi bu torpaqlarla birlikdə qəbul edilib. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayan zaman qəbul edilən qətnamələrdə Ermənistan işğalçı ölkə olaraq qeyd edilib və işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsi vurğulanır: "Lakin bütün bunlar sadəcə bəyanat və səslənişdən o tərəfə keçmədi. Hər hansısa bir tarixi toplantılar da sözdə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini ifadə edirlər, bununla da sanki məsələ guya həllini tapırmış. Böyük ehtimalla səslənən bəyanatların ardından Ermənistana: "öz bildiyini et, biz gözdən pərdə asırıq, sən bizi dinləmə, işində ol" deyilir. Məsələnin başqa izahı yoxdur. Ortada yüksək şəkildə ikili standrtlar mövcuddur. Üzdə Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını dilə gətirir Beynəlxalq təşkilatlar və eləcə də dünya dövlətləri, pərdə arxasnda isə əsl dəstəyi Ermənistana verirlər. Ermənistana nəinki sanksiya tətbiq etmək, hətta ən yüksək səviyyədə maddi və hərbi dəstək verilməkdədir. Erməni lobbisinin apardığı iyrənc siyasəti sayəsində Ermənistana hər cür güzəştlər edilir. Ən dəhşətlisi isə ABŞ-ın Azərbaycana silah satmasını qadağan edən qanun layihəsinə, 907-ci düzəlişə nail oldular. Erməni lobbisi bu istiqamətdə məqsədli və məkrli işlər həyata keçirtməkdədir. Bu gün bölgədə atəşkəs rejimi olsa da, müharibə şəraitidir və Ermənistan Azərbaycan torpaqlarının 20 faizini zor yolu ilə işğal edib, təcavüzə və işğala, dağıntıya, böyük ziyanlıqlara və dəhşətli itgilərə məruz qalan ölkə Azərbaycan olsa da, bu gün ABŞ hökuməti maddi yardımı Ermənistana edir. Halbuki Ermənistanın təcavüzü nəticəsində Azərbaycana 500 milyard dollar həcmində maddi ziyan dəyib".
Politoloqun fikrincə, bu halın özü Ermənistanın tərəfini saxlamaq və işğala haqq qazandırmaqdır:"Əgər ABŞ hökuməti işğalçı və terrorçu Ermənistana maddi yardım ayırırsa, Rusiya ən təhlükəli silahını, "İsgəndər" Hava Hücumundan Müdafiə Raketlərini Ermənistana verirsə, Fransa daim Ermənistana dəstək bəyanatları səsləndirirsə və mümkün qədər yardımlar edirsə, 2015-ci ilin iyulunda qondarma və separatçı xunta rejimin rəhbəri Bako Saakyan İngiltərəyə dəvət olunursa, orada görüşlərdə iştirak edirsə, bu hal Ermənistanın işğal faktına bir mənalı şəkildə göz yumulması deməkdir və bu halda Ermənistana kim və necə, hansı şəkildə və nə zəmində sanksiya tətbiq ediləcək? Sanksiyanı kim tətbiq edə bilər? BMT Təhlükəsizlik Şurası bu saydığım dövlətlərdən ibarətdi, bunlar da Ermənistana dəstək verir, ermənipərəstlik edir, BMT Təhlükəsizlik Şurasında daha kim var? Tək qalır Çin, bu ölkə də Rusiyanın olduğu yerdə səsini çıxarmaz. Ümumiyyətlə Çin sadəcə öz marağını güdən ölkədir və maddi marağının olmadığı bir məsələ üçün heç vaxt heç kimlə düşmən olmaz. Digər tərəfdən isə qonşumuz İran isə Ermənistanla ən yüksək səviyyədə əməkdaşlıq edir və yüksək dostluq şəraitindədir. Ermənistana təsir edə biləcək qüvvələr məhz bu ölkələrdir ki, bunların hamısı ermənipərəstdir. Bu səbəbdən Ermənistana sanksiya məsələsi gündəmə gəlmir və gəlsə də, bu qüvvələr tərəfindən gündəmdən qaldırılacaq. Açıqq aşkar görünür ki, beynəlxalq birlik ermənipərəstlik edir və ermənilər müdafiə olunur. Hətta bir çox ermənipərəst siyasi dairələr və birliklər də bu məsələdə var qüvvəsilə iş aparmaqdır".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Ermənistanın Azərbaycana qarşı 25 ildən artıqdır işğalçı siyasətinin davam etməsi, işğal edilmiş ərazilərin qaytarılmaması, ona beynəlxalq qanunlar çərçivəsində cəzasızlığından irəli gəlir:"BMT-nin təhlükəsizlik şurasında olan Rusiya, ABŞ və Fransa və Qərbin müəyyən dövlətlərində güclü erməni lobbisinin mövcudluğu bu kimi sanksiyaların Ermənistana tətbiq olunmasını əngəlləyir. Minsk qrupunun həmsədrlərinin Ermənistana qarşı loyal siyasəti məhz ststus-kvonu qoruyur. Ermənistan prezidenti Sarkisyanla birgə mətbuat konfransında Fransa prezidenti Olland danışıqlara zərbə vuracaq kimi, Azərbaycanı nəzərdə tutaraq, müharibə istəyən dövlətə sanksiya tətbiqini gündəliyə gətirməsi Fransanın bu münaqişədə tərəf tutduğu görünür. Rusiya Ermənistanın strateji müttəfiqi, ABŞ və Fransa maliyyə qaynağı, güclü lobbinin təsir imkanlarına malik olan ölkə olduğu üçün bu dövlətlərin Ermənistana nəinki sanksiya, hətta Qarabağda separatçı rejimə maliyyə yardımı edirlər. Separatçıları dolayı yolla ölkələrinə dəvət edib, tədbirlər təşkil edirlər. Təssüf ki, Ukrayna məsələlərinə görə Rusiyaya sanksiyalar tətbiq edən, Abxaziya və Cənubi Osetiya separatçılarına qarşı sanksiyaları qüvvədə saxlayan Qərbin Ermənistan və Qarabağda separatçılara qarşı analoji addım atmaması, ikili standartlardan və öz maraqları çərçivəsindən yanaşmasıdır. Azərbaycana qarşı bu ədalətsiz mövqeyi sərgiləyən dövlətlərlə Azərbaycan güclü siyasi əlaqələri möhkəmləndirilməli və heç olmasa Qarabağda separatçılara qarşı sanksiyalara nail olmalıdır. Azərbaycan, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanla iqtisadi sanksiyalar tətbiq edib. Bu sanksiyaların artması üçün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə də danışıqlar aparmalıdır. Türk-İslam birliyindən faydalanmalıdır. Ermənistanın hazırda qeyri-konstruktiv mövqeyi, Cənubi Qafqazda sülhün bərqərarına həmçinin Qərbin enerji siyasətinə təhdid saçır".

Cavid