8 Dekabr 2025 14:34
2 835
Türkiyənin “Samsunspor” klubunun niderlandlı futbolçusu Anthoni Musabanın avtomobili yanıb.
Xalqcebhesi.az xəbər verir ki, hadisə Süper Liqanın XV turunda səfərdə "Qalatasaray"a 2:3 hesabı ilə uduzduqları oyundan qayıdarkən baş verib.
Belə ki, Musaba Samsun Hava Limanından evinə getmək üçün icarəyə götürdüyü avtomobilin mühərrik hissəsində anidən yanğın baş verib. Hadisə nəticəsində ulduz futbolçuya heç nə olmasa da, avtomobil istifadəyə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, bu mövsüm Musaba “Samsunspor” forması ilə 18 oyuna çıxaraq 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.
5 İyul 20:01
1 197
5 İyul 20:00
1 211
5 İyul 19:54
980
Niyaməddin Orduxanlının rəhbərlik etdiyi QHT Əmircan bələdiyyəsində görüş keçirib

