Ermənistan iyrənc yola əl atır Layihə

Ermənistan iyrənc yola əl atır

Düşmən ölkənin Azərbaycana qarşı kimyəvi, bioloji və bakterioloji silahdan istifadə edə biləcəyinə dair informasiyalar var

Azərbaycan Ordusunun gücünə qarşı çıxa bilməyən Ermənistan olduqca təhlükəli və dəhşətli yola əl atır.

Düşmən ölkənin Azərbaycana qarşı kimyəvi, bioloji və bakterioloji silahdan istifadə edə biləcəyinə dair informasiyalar var.

"Kavkazplus" saytı yazır ki, İrəvan "strateqləri" kütləvi qırğın silahına malik olmaq ideyasından əl çəkmirlər: "Ermənistan nüvə bombasından daha ucuz başa gələn, lakin olduqca dəhşətli qırğınlara səbəb ola biləcək kimvəyi və bakteroloji silahdan istifadə etməyə hazırlşır. Qarabağ müharibəsində erməni tərəfinin kimyəvi silah tətbiq etdiyinə dair faktlar var. Lakin hazırda Ermənistan hakimiyyəti kimyəvi silah proqramlarını məxfiləşdirib. Kimyəvi silaha paralel olaraq, bakterioloji və bioloji silah üzərində iş aparılır. Mütəxəssislərin qiymətləndirmələrinə görə, bu silahların tətbiqi böyük effekt yaradır".

Sayt bakterioloji silahın müasir növlərini təqdim edir: "İnsanları hədəfə almaq, eyni zamanda, heyvan və kənd təsərrüfatı bitkilərini vurmaq; böyük psixoloji təsir; yoluxdurucu xəstəliklər və s. Ermənistanın iqtisadi vəziyyəti müasir silahlar əldə etməyə imkan vermir, buna görə də daha ucuz olan bakterioloji və biloji silahlara üstünlük verir".

Məqalədə vurğulanır ki, erməni lobbisi bu silahların əldə edilməsində ABŞ və NATO-nun Yaxın Şərqdə bakterioloji silah üzərində nəzarəti əldə etmək cəhdindən istifadə edir.

"Erməni lobbisinin ABŞ-da gücünü nəzərə alsaq, istina deyil ki, yaxın vaxtlarda Ermənistan Amerikanın köməyi ilə bakterioloji silah əldə edəcək. Lakin İrəvan daxilində bu məsələyə görə ikitərəfli fikir var. Rusiyayönümlü məmurlar bundan açıq şəkildə narazılıqlarını bildirirlər. Onlar İrəvan rejimi bakteroloji silah əldə etmək üçün ABŞ-la əməkdaşlıqdan imtina etməyə çağırır", - deyə sayt vurğulayır.

Məqalədə erməniyönmülü "EADaily" saytının "Ermənistanda bio-laboratoriyaların yaradılması kimə lazımdır" başlıqlı məqaləsini xatırladır.
Qeyd edək ki, "EADaily" saytının məqaləsində ABŞ-ın Ermənistan da daxil olmaqla post-sovet məkanında bioloji laboratoriyalar yaratdığı deyilir. Məqsəd bölgədə Vaşinqtonun maraqlarını bu silahlar vasitəsilə həyata keçirməkdir. Ehtimallar var ki, İrəvan rejimi erməni lobbisinin dəstəyi ilə bakterioloji silah əldə edə bilər.

"Kavkazplus" saytı yazır ki, Ermənistanın əsas hədəfi Azərbaycanın sərhədboyu və cəbhəboyu ərazilərində yaşayan mülki əhalidir.

"İyulun 4-də iki yaşlı Zəhra və onun nənəsinin qətlə yetirilməsi də bunu göstərir. İrəvan rejimi Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən qaçır və qonşu dövlətlərin ərazilərini işğal etmək planlarını gizlətmir. Görünür, Ermənistan işğal etmək istədiyi ərazilərdə yerli əhalini baktereoloji silahla təmizləmək, daha sonra həmin əraziyə girmək planları var", - deyə sayt diqqətə çatdırıb.
Yeri gəlmişkən, millət vəkili Qənirə Paşayeva Benin Parlamentinin sədri Adrien Houngbedji ilə görüş zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb və "ədalətin yanında olanlar buna etirazını yüksək səslə duyurmalıdır", deyib.
Q.Paşayeva ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun qətlə yetiridyi balaca Zəhra barəsində ətraflı məlumatlar verib. Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva bildirib ki, "Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir və Azərbaycan xalqı Benindən hər zaman bunu gözləyir ".
Millət vəkili Q.Paşayeva Benin Parlamentinin sədri Adrien Houngbedjiyə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları təqdim edib. Benin Parlamentinin sədri Adrien Houngbedji də ölkəsinin Azərbaycanla dostluğun inkişafında maraqlı olduğunu və buna önəm verdiklərini deyərək əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıb və geniş fikir mübadiləsi aparılıb.
Millət vəkili Elman Məmmədov da erməni silahlı birləşmələrini Azərbaycanın dinc sakinlərinə qarşı döyüşməkdə ittiham edib.
Elman Məmmədov bildirib ki, 150-200 ildir ki, ermənilər Azərbaycanın dinc sakinlərini atəşə tutur, onları qətlə yetirir, vəhşiliklər törədirlər.
Deputat qeyd edib ki, ermənilər ordu ilə döyüşmürlər, qadınlarla, qocalarla, uşaqlarla döyüşərək günahsız insanları qətlə yetirirlər:
"Bu, tarixən belə olub. Yaxın tariximizdə baş vermiş Xocalı soyqırımı buna bariz nümunədir. İndi də bu vəhşilik davam edir. Beynəlxlaq təşkilatlar, aparıcı dövlətlər tərəfindən isə indiyə kimi ermənilərə qarşı heç bir sanksiya tətbiq edilməyib. Çünki ermənilərə himayədarlıq edən aparıcı dövlətlər və beynəlxalq təşkilatlardır. Ermənistana qarşı cəza verəcək yeganə qurum Azərbaycan Silahlı Qüvvələridir".
Ehtiyatda olan polkovnik Əzizağa Qənizadə isə bildirib ki, Azərbaycanın işğal altında olan ərazilərində yerləşən Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüquq normalarınının tələblərinə məhəl qoymadan 2017-ci ilin iyul ayının 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalini artileriya atəşinə tutub. Ermənistan Azərbaycan əhalisinə qarşı etnik təmizləmə siyasətini planlı şəkildə davam etdirir. Biz, terroru dövlət səviyyəsində həyata keçirən təcavüzkar Ermənistanın bu hərəkətini qətiyyətlə pisləyir və beynəlxalq qrum və təşkilatlardan Ermənistanın Azərbaycan qarşı təcavüzkar siyəstinə son qoymasını tələb edirik.
Azərbaycan ordusu tezliklə düşmən ordusuna öz layiqli cavabını verəcəkdir!
"Ermənistan-Azərbaycan Sülh Platforması"nın təsisçilərindən olan Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, deputat Rövşən Rzayev isə qüyd edib ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqe danışıqlar prosesinə xələl gətirir.


Rusiyanın Alxanlı faciəsində sərgilədiyi münasibəti qınayan deputat hesab edir ki, Moskvanın verdiyi dəstək erməniləri yeni təxribatlara sövq edir: "Ermənistanın yalançı siyasəti bir çox beynəlxalq təşkilatlarda özünə yer edə bilir. Bunun nəticəsidir ki, işğalçı, soyqırım törədən Sarkisyan-Köçəryan rejiminin qarşısını almaq əvəzinə, onların siyasətinə uyğun olan təxribatçı addımlar atırlar.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü kimi məndə sual yaranır ki, necə olur Rusiya vətəndaşı olan azərbaycanlı öz doğma torpaqlarına gedir və qondarma rejim onları tutur və hökm oxuyur, işgəncələr verir, amma Rusiya heç bir bəyanat vermir? Bilə-bilə ki, işğal faktına görə, təxribatçı ermənilər Azərbaycana buraxılmırlar. Lakin bu məsələni qabardırlar. Niyə?"

Millət vəkili hesab edir ki, Rusiyanın Ermənistana verdiyi dəstək nəticəsində ermənilər əleyhimizə müəyyən çıxışlar edirlər:"Hesab edirəm ki, Azərbaycan düzgün yoldadır. İstəyimiz olmadan heç bir erməniəsilli vətəndaş Azərbaycana gələ bilməz. Ona görə də belə cəhdlərin qarşısını almalıyıq. Azərbaycana qarşı atılan daşlara qətiyyən fikir verməməliyik. Azərbaycan müstəqil dövlətdir və öz işini düzgün qurub. Ona görə də ATƏT-in Minsk qrupunda olan dövlətlərdən öz haqlı mövqeyini tələb etməlidir. Biz heç vaxt mövqeyimizdən dönməyəcəyik".

R.Rzayev vurğulayıb ki, həmsədrlər münaqişənin həlli üçün aktiv mövqeyə keçməlidir: "Həmsədrlər beynəlxalq hüquq prinsiplərinə uyğun addımlar atmalıdır. Böyük dövlətlər maraqlı olmalıdırlar ki, beynəlxalq hüquq beynəlxalq hüquqsuzluğa məğlub olmasın. Hadisələr göstərir ki, beynəlxalq hüquq işləsəydi, belə problemlər mövcud olmazdı, teraktlar, işğalçı dövlətlərin qarşısı alınardı. Nə qədər ki, böyük dövlətlər beynəlxalq hüquq prinsiplərinə barmaqarası baxacaqlar, bu problemlər həll olunmayacaq. Həmsədr dövlətlər Ermənistanı işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməyə məcbur etdikdən sonra digər məsələləri müzakirə etmək olar".
Cavid