“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
15 Noyabr 2024 19:08
3 164
Meşəbərpa tədbirləri qeyri-iş günlərində də davam edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Xalqcebhesi.az-a verilən məlumata görə, Xaçmaz, Qusar, Siyəzən, Masallı, Astara, Qəbələ, Qobustan, Ağsu, Tovuz, Gədəbəy, Daşkəsən, Ağcabədi, Göygöl, Goranboy, Hacıqabul, Bərdə, Ağdaş, Şəki və Zaqatala rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək sahələrində ağacəkmə tədbirləri aparılıb və ümumilikdə 125 hektar sahədə 195 min ədəd müxtəlif növ ağac tingi əkilib, 4 tondan artıq toxum səpilib.
Məlumatda bildirilib ki, hazırda ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edir və hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağac tingləri əkilir, toxumlar səpilir.
29 Sentyabr 11:55
763
28 Sentyabr 14:50
1 036
25 Sentyabr 17:08
1 645