“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
4 Dekabr 2024 14:50
3 451
Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib.
Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bununla bağlı ədliyyə naziri müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ceyhun Tağıyev Nazirliyin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.
Ceyhun Tağıyev əmək fəaliyyətinə 2003-cü ildə daxili işlər orqanlarında başlayıb, 2024-cü ilin iyun ayınadək müxtəlif vəzifələrdə çalışıb. “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının hər 3 dərəcəsi ilə təltif edilib.
2024-cü ilin iyun ayında ədliyyə orqanlarına qulluğa qəbul olunaraq Strateji planlaşdırma və monitorinq baş idarəsinin Daxili nəzarət və araşdırmalar idarəsinin rəisi vəzifəsinə təyin olunub. Həmçinin, 2024-cü ilin sentyabr ayından bu təyinatadək Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsinin icrası ona müvəqqəti həvalə edilib.
30 Dekabr 2025 17:33
1 904
30 Dekabr 2025 16:14
1 442
30 Dekabr 2025 14:44
1 659