

23 İyul 23:20
23 İyul 23:08
23 İyul 23:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı yolunda mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Xalqcebhesi.az-a DİN-dən bildirilib.
Qeyd edilib ki, hazırda Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan və Şamaxı rayonları ərazisindən keçən hissəsində qatı duman müşahidə edilir ki, bu da sürücülər üçün ciddi maneə yaratmaqla yanaşı, qəza riskini də artırır:
"Yolda məhdudiyyətli görünmə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmalı, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etməli, xoşagəlməz hadisələrin baş verməməsi üçün qabaqlayıcı tədbirlər görməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi hazırda sözügedən istiqamət üzrə DYP Alayının əməkdaşları tərəfindən fasiləsiz xidmət aparıldığını bildirir, gecə və səhər saatlarında məhdudiyyətli görünmə məsafəsinin daha da artacağı ehtimalını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını xahiş edir".