Rusiyanın Xarkova dron hücumunda 2 nəfər ölüb, yaralananlar var
Həlak olmuş iki minatəmizləyənin ailə üzvlərinə Prezidentin aylıq təqaüdü təyin edilib
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub
Emin Əmrullayev Şimali Kipr Türk Respublikasının Baş naziri ilə görüşüb
DTX rəisi: Qlobal və regional gərginliklərə baxmayaraq, ölkədə siyasi sabitlik qorunub saxlanılıb
13 Dekabr 2024 17:20
3 731
Ekologiya və Təbii Sərvətlər Nazirliyi dekabrın 14-ü gecə və səhər əsəcək güclü külək səbəbilə əhalini ehtiyatlı davranmağa çağırıb.
Bu barədə Xalqcebhesi.az-a nazirlikdən məlumat verilib.
Qeyd edilib ki, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara görə, dekabrın 13-ü axşam saatlarından 14-ü günün ikinci yarısınadək Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən qeyri-sabit və güclü küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova küləyin dekabrın 14-ü gecə və səhər saatlarında daha da güclənəcəyini nəzərə alaraq vətəndaşlardan ehtiyatlı davranmalarını, xəbərdarlıqlarla bağlı məlumatlara və çağırışlara diqqət yetirmələrini tövsiyə edib:
“Vətəndaşlara tövsiyə edirik ki, hava ilə bağlı xəbərdarlıqları və məlumatları diqqətlə izləsinlər, küləkli hava şəraitində ehtiyatlı olsunlar, hündür ağacların altında dayanmasınlar, nəqliyyat vasitələrini irigövdəli ağacların altında saxlamasınlar, təhlükəsizlik qaydalarına ciddi əməl etsinlər.
Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır. Vətəndaşlarımızın davamlı olaraq hava durumu barədə məlumatlandırılmasının, xəbərdarlıqların verilməsinin də məqsədi budur”.