Boçorişvili: Azərbaycan-Ermənistan razılaşması regionda davamlı sülhün təməl daşıdır
Paşinyan: "Tramp marşrutu"nun reallaşdırılmasına nail olacağıq
Mirzə Qədim İrəvani “Xalq Əmanəti” layihəsinin 26-cı nəşrində
Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 25 mlrd. manatı ötüb
Ceyhun Bayramov Kaya Kallasla regional məsələləri müzakirə edib
17 Yanvar 10:47
3 647
Bir neçə gün əvvəl Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində istehlaka yararsız 1560 kq bal məhsulu qanunvericiliyə uyğun olaraq utilizasiya və məhv edilib. Bu məhsulların laborator analizləri zamanı təbii olmadığı, keyfiyyətinin aşağı olduğu, həmçinin tələblərə uyğun saxlanılmadığı məlum olub.
Laboratoriyada balın analizləri zamanı bir çox vacib göstəricilərə diqqət yetirilir. Balın təbiiliyi, saxlanma və emal şəraiti, həmçinin arıçılıqda istifadə olunan pestisidlərin təsiri qiymətləndirilir.
İlk növbədə balda prolinin səviyyəsi yoxlanılır. Bu amin turşusunun səviyyəsi yüksək olan məhsul təbii və keyfiyyətli hesab edilir. Çünki prolin balın təbii olduğunu göstərən əsas göstəricilərdən biridir və məhsulun saflığını təsdiqləyir.
Balın həm təbii, həm də təzə olub-olmadığını müəyyənləşdirmək üçün məhsulun fermentativ aktivliyini ölçən diastaza ədədinin müayinəsi aparılır. Əgər diastaza ədədi aşağıdırsa və ya mövcud deyilsə, bu, balın qeyri-təbiiliyini və ya keyfiyyət göstəricilərinin normaya uyğun olmadığını göstərə bilər.
Balın saxlanma və emal şəraitini göstərən kimyəvi göstərici olan hidroksimetilfurfuralın (HMF) da müayinəsi həyata keçirilir. Bu göstəricinin yüksək olması məhsulun uzun müddət düzgün saxlanmadığını və ya təbii xüsusiyyətlərini itirdiyini göstərir.
Balın arıçılıqda istifadə edilən pestisid olan amitrazla bağlı müayinələri də aparılır. Amitraz düzgün və təlimata uyğun istifadə edildikdə, arı ailələrini qorumağa kömək göstərir. Lakin balda qalıq miqdarı qalarsa, bu, insan sağlamlığı üçün risk yarada bilər.
Mütəxəssislər hesab edirlər ki, laboratoriyalarda müayinə olunmuş, müvafiq tələblərə cavab verən, keyfiyyətli və təhlükəsiz bal insan orqanizmi üçün çox faydalıdır.




