XİN rəhbəri: Çin güc tətbiqinə və ölkələrin suverenliyinə müdaxiləyə qarşıdır
Azərbaycanda ən çox istifadə edilən sosial şəbəkələr açıqlanıb
Zelenski bu həftə Avropa və ABŞ tərəfdaşları ilə danışıqlar aparacaq
2025-ci ildə Azərbaycan neftinin orta ixrac qiyməti 71 dollardan yüksək olub
Rəsmi Tehran: Ordu İranın ərazi bütövlüyünü qətiyyətlə qoruyacaq
14 Mart 2025 15:39
6 279
2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,8% artaraq 1062,9 manat təşkil edib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, 2025-ci il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olmuş, onlardan 879,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,7 faizi təhsil, 13,7 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi tikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.