İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
21 May 2025 18:46
2 996
Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev əhalini narahat edən problemlərin yerində öyrənilməsi və birbaşa həllinə nail olunması məqsədilə növbəti səyyar qəbulunu rayonun Kolanı kəndində keçirib.
Səyyar qəbulda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, rayonun xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Səyyar qəbulda iştirak edən sakinlərin müxtəlif mövzularda təklif və şikayətləri dinlənilib, səsləndirilən məsələlərin bir qismi yerində həll olunan, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilərək, icrası nəzarətə götürülüb.
Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
17 Yanvar 17:26
1 001
17 Yanvar 17:24
1 015
17 Yanvar 13:45
1 162



