Türkiyə PA-nın rəsmisi: TDT-nin diqqət mərkəzində dezinformasiya ilə mübarizə dayanıb Hadisə

Türkiyə PA-nın rəsmisi: TDT-nin diqqət mərkəzində dezinformasiya ilə mübarizə dayanıb

TDT toplantısında 2026-cı il üçün atılacaq addımlarla bağlı qərarlar imzalanıb.

APA xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərinin müavini Ferhat Pirinççi bu gün Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi tədbirdə TDT-yə üzv dövlətlərin əsas diqqət mərkəzində dezinformasiya ilə mübarizə və məlumatın düzgün şəkildə paylaşılması məsələləri dayanıb:

“TDT qarşıdakı illərdə digər sahələr üzrə əməkdaşlığın da əhəmiyyətli dərəcədə genişləndirilməsinə töhfə verəcək”, - deyə o vurğulayıb.