12:40
203
Vaşinqton Cenevrədə Kiyevlə razılaşdırılmış Ukrayna ilə bağlı sülh planının parametrlərini Moskvaya göndərib.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, bu parametrlər gələn həftə müzakirə olunacaq.
Qeyd edək ki, gələn həftə ABŞ nümayəndə heyəti danışıqlar üçün Moskvaya səfər edəcək.