Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
18 Dekabr 2025 10:31
2 051
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Səhiyyə Nazirliyinin tabeliyində olan “Respublika Qan Bankı” ilə birgə qanvermə aksiyası təşkil edib.
Xidmətdən APA-ya verilən xəbərə görə, “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində keçirilən könüllü qanvermə aksiyasında Dövlət Xidmətinin əməkdaşları iştirak edib.
Aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb. Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, “Talassemiyasız həyat naminə” proqramı Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və mütəmadi olaraq ölkə üzrə könüllü qanvermə aksiyaları təşkil edilir.