Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
1 May 14:30
3 661
“Milli Məclisin Avropa Parlamenti və onunla əlaqəli platformalarla əməkdaşlığın dayandırılması təşəbbüsü Azərbaycan–Avropa münasibətlərində gərginliyin yeni fazaya keçdiyini göstərən mühüm siyasi siqnaldır”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.
O söyləyib ki, bu addım ani qərar təsiri yaratsa da, əslində, son illərdə yığılan narazılıqların və qarşılıqlı etimadın zəifləməsinin məntiqi nəticəsi kimi ortaya çıxır: “Bakı bu yolla açıq şəkildə göstərir ki, tərəfdaşlıq formatında birtərəfli yanaşma və siyasi təzyiq kimi qəbul etdiyi addımlarla razılaşmaq niyyətində deyil və münasibətlərin qaydalarını yenidən müəyyənləşdirmək istəyir”.
Z.Qarayeva bildirib ki, bununla belə, prosesin tam qopma ilə nəticələnəcəyini demək çətindir, çünki enerji, nəqliyyat və regional təhlükəsizlik kimi sahələrdə qarşılıqlı maraqlar qalmaqdadır və bu sahələrdə əməkdaşlığın davam etməsi ehtimalı yüksəkdir: “Ona görə də baş verənləri daha çox emosional reaksiya deyil, hesablanmış siyasi manevr kimi dəyərləndirmək daha doğru olar, hansı ki, əsas məqsəd münasibətləri daha sərt, selektiv və praqmatik müstəviyə keçirməkdir”.
Röya İsrafilova
27 Sentyabr 11:54
833
27 Sentyabr 11:53
770
27 Sentyabr 08:27
826